Vətən müharibəsi şəhidinin ev muzeyi, xatirə bulağı və barelyefinin açılışı olub – FOTOLAR

2021/11/FOTO1-6552110048.jpg
Oxunub: 2496     19:14     27 Noyabr 2021    
Vətənini canı qədər sevən daha bir şəhidimizin anım günü qeyd edilib.

Ordu.az xəbər verir ki, Mingəçevir şəhərində Cüməzadə Təbriz İldırım oğlunun anım günündə onun ev muzeyi, xatirə bulağı və barelyefinin açılışı olub.

Bu gün vətən torpaqlarının geri alınmasında öz qanıyla imza atan, Təbriz Cüməzadənin adı əbədiləşdirilib. Vətən müharibəsinin şəhidi Təbriz Cüməzadənin yaşadığı binanın qarşısında onun adının əbədiləşdirilməsi üçün barelyef və bulaq kompleksinin, həmçinin ev muzeyinin açılışı olub.

Ailə üzvüləri körpəlikdən vətənpərvər böyütdükləri Təbrizin vətən sevgisinin əbəs olmadığını dilə gətirərək, onun Vətən, xalq yolunda atdığı addım, etdiyi xidmətlə qürur duyduqlarını bildiriblər. Ailəsinin bildirdiyinə görə, şəhid Təbriz Cüməzadə Qarabağı görməsə də, daim bu məsələ bağlı özünün araşdırmaları olub. Təbrizin ən böyük istəyi bütöv Azərbaycan görmək olub. Anım günündə həm də Təbrizin ev muzeyinin açılışıda gerçəkləşdirilib. Valideynlərinin bildirdiyinə görə, muzeydə şəhidə məxsus 11 mindən çox eksponat toplanıb.

Təbriz İldırım oğlu Cüməzadə Oğuz rayonu Xaçmaz kəndində anadan olub. Sonralar ailəsi Minəçevir şəhərinə köçüb. Təbriz Cuməzadə 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cuməzadə 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda döyüş əməliyyatlarına qatılıb. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Təbriz Cüməzadə noyabrın 8-dən 9-na keçən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunan şəhid Təbriz Cüməzadə ölkə başçısının sərəncamlarıyla “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı və “Şuşanın azad olunmasına görə” medalıyla təltif edilib.

Daşqın Güneyli, Mingəçevir
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Vətən-müharibəsi  

Vətən müharibəsi şəhidinin ev muzeyi, xatirə bulağı və barelyefinin açılışı olub – FOTOLAR

2021/11/FOTO1-6552110048.jpg
Oxunub: 2497     19:14     27 Noyabr 2021    

Bizi "telegram"da izləyin