Erməni ictimai xadim: “Ört-basdır etmək üçün adını rus xidməti tərəfindən nəzarət edilən nəqliyyat yolu qoyublar”

2021/11/sdfsd-1638009194.jpg
Oxunub: 1852     17:30     27 Noyabr 2021    
“Bu gün imzalannmış üçtərəfli bəyanatda tərəflər arasında aydın iqtisadi əlaqələrin yaradılması və aktivləşdirilməsi qeyd edilib”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Babken Harutyunyan yazıb.

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının əksəriyyəti sevinclə gedib Gorus-Qafan yoluna inşa edilən Azərbaycan benzin stansiyasından ucuz benzin dolduracaqlar.

“Sənəddə sanki bizim üçün faciəvi məsələ olan dəhlizin verilməsi qeyd edilmir, qalır birdən sonra məlum olmasın ki, dəhliz olacaq. Sadəcə ört-basdır etmək üçün bunun adını rus xidmətləri tərəfindən nəzarət edilən nəqliyyat yolu qoyublar”, - deyə Harutyunyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Dəhliz  


Bizi "telegram"da izləyin