Türkiyə-BƏƏ münasibətlərinin istiləşməsi İrəvanın planlarını məhv etdi

2021/11/666-1638009443.jpg
Oxunub: 1829     19:20     27 Noyabr 2021    
Birləşmiş Ərəb Əmirlikləri Türkiyə iqtisadiyyatına investisiya layihələri üçün ilkin kapitalı 10 milyard dollar olan investisiya fondu yaradacaq. Razılıq Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Dubay əmiri Ben Zayedin Türkiyəyə səfəri zamanı əldə olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aylar əvvəl diqqətini BƏƏ-nin maliyyə imkanlarına çevirib. Ərdoğan iqtisadi problemlərin qarşısını almaq üçün yol axtarır. Son günlər Türkiyə valyutası müxtəlif səbəblərdən dəyərini itirir. Növbədənkənar seçki tələb edilsə də, Ərdoğan bildirib ki, seçkilər öz vaxtında -. 2023-cü ildə keçiriləcək.

Bunun fonunda Ərdoğan BƏƏ-yə əl uzatır. İnvestisiya fondu ilə bağlı məlumatlar Türkiyə maliyyə bazarının bir az stabilləşməsinə, lirənin bahalaşmasına kömək etdi. Bu prosesin nə dərəcədə stabil olacağı təbii ki, təkcə BƏƏ-dən deyil, bir sıra digər beynəlxalq amillərdən də asılıdır. Ancaq görünən odur ki, Birləşmiş Ərəb Əmirlikləri Türkiyənin iqtisadi həyatına təsir edir.

Bu da öz növbəsində o deməkdir ki, Türkiyənin BƏƏ ilə münasibətlərinin dərinləşməsi düşmən ölkə üçün əlavə problem yaradır. Belə ki, Ermənistan bir müddət öncə BƏƏ-Türkiyə gərginliyindən istifadə etmək niyyətində idi. Maraqlıdır ki, bir neçə həftə əvvəl Ermənistan prezidenti Armen Sarkisyan Beynəlxalq İqtisadi Forumla bağlı Birləşmiş Ərəb Əmirliklərinə səfər etmişdi.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   BƏƏ  


Bizi "telegram"da izləyin