Ermənistan tərəfi yeni təxribatlara hazırlaşır – Məqsəd Soçinin iflasıdır

2021/11/444-1638008678.jpg
Oxunub: 2562     14:10     27 Noyabr 2021    
Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən üçtərəfli görüş İrəvan üçün heç bir müsbət dəyişiklik yaratmadı. Tərəflərin imzaladığı yeni sənəddə deyilir ki, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlardan irəli gələn qalan məsələlərin həlli üçün birgə səylərin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

“Rusiya sülhməramlı kontingentinin regionda vəziyyətin sabitləşməsində və təhlükəsizliyin təmin olunmasında vacib töhfəsini qeyd etdik.

Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin yüksəldilməsi, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılması üzrə iş aparılması ilə bağlı addımların atılması barədə razılığa gəldik.

11 yanvar 2021-ci il bəyanatına uyğun olaraq regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının vacibliyi ilə bağlı yaradılan üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədi ilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyini vurğuladıq.

Rusiya bundan sonra da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqı arasında etimad mühitinin formalaşması, eləcə də regionda mehriban qonşuluq münasibətlərinin qurulması üçün lazımi yardımı edəcək”, - deyə məlumatda bildirilir.

Əslində, Ermənistan 9 noyabr 2020-ci il tarixli sənədin bəndlərinin tələblərini yerinə yetirməyib. Xüsusilə, o, kommunikasiyaların bərpasına mane olur, halbuki, 9 noyabr sənədinə əsasən, kommunikasiyalar açılmalı idi, prinsipcə, hamı üçün. Üstəlik, son bir il ərzində Ermənistan sərhəddə dəfələrlə təxribatlar törədib, düşmən layiqli cavab alsa da, Azərbaycan ordusunun şəhidləri olub.

Noyabrın 16-da Ermənistan tərəfi artilleriya və zirehli texnikadan istifadə etməklə genişmiqyaslı hərbi hücuma keçib. Ermənistanın təxribatları bir günlük müharibəyə səbəb olub, üstəlik, həmin günün itkilərini hələ də rəsmi olaraq açıqlamırlar. Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, 13 əsir var, 24 nəfər itkin düşüb. Daha sonra 6 itki barədə məlumat verilib və Soçi görüşündən əvvəl Bakı bir hərbçi və bir mülki şəxsi Ermənistana təhvil verib.

Komissiyanın yaradılacağı demarkasiya və delimitasiya prosesinə gəlincə, burada Rusiya tərəfinin rolu həlledici olacaq. Əminliklə demək olar ki, Ermənistan yeni təxribatlara yol verəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Soçi  

Ermənistan tərəfi yeni təxribatlara hazırlaşır – Məqsəd Soçinin iflasıdır

2021/11/444-1638008678.jpg
Oxunub: 2563     14:10     27 Noyabr 2021    

Bizi "telegram"da izləyin