“Noyabrın 16-da İstisu hərbi hissəsindən 12 erməni hərbi qulluqçu əsir götürülüb”

2021/11/65hj4-1638007890.jpg
Oxunub: 1097     14:54     27 Noyabr 2021    
“Bir-birimizlə əlaqə saxlayaraq apardığımız araşdırma nəticəsində müəyyən etmişik ki, noyabrın 16-da hərbi əməliyyatlar zamanı İstisu hərbi hissəsindən 12 hərbi qulluqçu əsir götürülüb”.

Ordu.az xəbər verir ki, bunu noyabrın 16-da İstisu hərbi hissəsindən əsir götürülmüş erməni hərbi qulluqçulardan birinin yaxını bildirib.

Onun sözlərinə görə, həmin gün əsir düşənlərin bir qismi İstisu hərbi hissəsindən, digər bir qismi isə Böyük Qarakilsədə yerləşədən hərbi hissədəndir.

“İstisuda hərbi qulluqçuları bir günlük mövqelərə qaldırıblar, əməliyyatlar 2 əsas mövqedə gedib və əsgərlər bir mövqedən digər mövqeyə “Ural” ilə gedərkən mühasirəyə düşüblər, çünki o, artıq təhvil verilmiş olub”, - deyə əsir götürülmüş erməni hərbi qulluqçunun yaxını qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   16-noyabr   Əsir  


“Noyabrın 16-da İstisu hərbi hissəsindən 12 erməni hərbi qulluqçu əsir götürülüb”

2021/11/65hj4-1638007890.jpg
Oxunub: 1098     14:54     27 Noyabr 2021    
“Bir-birimizlə əlaqə saxlayaraq apardığımız araşdırma nəticəsində müəyyən etmişik ki, noyabrın 16-da hərbi əməliyyatlar zamanı İstisu hərbi hissəsindən 12 hərbi qulluqçu əsir götürülüb”.

Ordu.az xəbər verir ki, bunu noyabrın 16-da İstisu hərbi hissəsindən əsir götürülmüş erməni hərbi qulluqçulardan birinin yaxını bildirib.

Onun sözlərinə görə, həmin gün əsir düşənlərin bir qismi İstisu hərbi hissəsindən, digər bir qismi isə Böyük Qarakilsədə yerləşədən hərbi hissədəndir.

“İstisuda hərbi qulluqçuları bir günlük mövqelərə qaldırıblar, əməliyyatlar 2 əsas mövqedə gedib və əsgərlər bir mövqedən digər mövqeyə “Ural” ilə gedərkən mühasirəyə düşüblər, çünki o, artıq təhvil verilmiş olub”, - deyə əsir götürülmüş erməni hərbi qulluqçunun yaxını qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   16-noyabr   Əsir  


Bizi "telegram"da izləyin