Türkiyədə yeni milli şaquli raket buraxılış sistemi inkişaf etdiriləcək

2021/11/455-1638022581.jpg
Oxunub: 1469     17:38     27 Noyabr 2021    
Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində açıqlamalar verən vitse-prezident Fuat Oktay müdafiə sənayesi layihələri ilə bağlı yeni məlumatlar verib.

Ordu.az xəbər verir ki, o, Müdafiə Sənayesi Komitəsinin Türkiyə Silahlı Qüvvələrinin və digər təhlükəsizlik birliklərinin silah, texnika və bu kimi ehtiyaclarını yerli və milli imkanlarla qarşılamaq, modernləşdirmə və texnologiya inkişaf etdirmə fəaliyyətlərini həyata keçirmək üçün səylərini davam etdirdiyini bildirib.

“Yeni Tip Sualtı Qayıq Layihəsi” çərçivəsində ilk sualtı qayıq olan “Piri Rəis”in suya buraxıldığını xatırladan Oktay yüngül insansız quru platformaları layihəsində 7 fərqli konfiqurasiyada 100-dən çox platformanın, üzərinə silahların quraşdırıla biləcəyi 4 fərqli konfiqurasiyanın təhvil verildiyini bildirib.

2022-ci il üçün planlar haqqında məlumat verən Oktay yerli və milli istehsal olan şaquli raket buraxılış sisteminin (MIDLAS) qurudan atəş sınaqlarına başlayacağını bildirib.

Oktay “Yeni Tip Sualtı Qayıq Layihəsi”çərçivəsində ikinci sualtı qayığın 2022-ci ildə suya buraxılacağını qeyd edib.

Bundan əlavə, Oktay, Müdafiə Sənayesi Komitəsinə 2022-ci il üçün ümumilikdə 153 milyon 974 min lirə vəsaitin ayrılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Raket-sistemi  

Türkiyədə yeni milli şaquli raket buraxılış sistemi inkişaf etdiriləcək

2021/11/455-1638022581.jpg
Oxunub: 1470     17:38     27 Noyabr 2021    

Bizi "telegram"da izləyin