Türkiyə ordusuna “Hisar-O+” raketlərinin tədarükü 2022-ci ildə tamamlanacaq

2021/11/hisar-1637999221.jpg
Oxunub: 1536     15:50     27 Noyabr 2021    
Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində Prezident Administrasiyası və tabe qurumlarının 2022-ci il büdcələrinin müzakirəsi başlayıb.

Ordu.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay büdcə müzakirələri zamanı müdafiə planları ilə bağlı açıqlamalar verib.

Oktay bildirib ki, 2022-ci ildə zirehli maşınlarda ilk dəfə yerli mühərriklər istifadə olunacaq. 2022-ci ildə “Hisar O+” infraqırmızı (IIR) sistemlərlə idarə olunan raket tədarükü tamamlanacaq və “Sungur” portativ aşağı əməliyyat hündürlüyünə malik HHM sistemləri, “Akya” torpedası, MAM-T və ATMACA-nın tədarükü başlanacaq. “İlk 1500 at gücünə malik mühərrikimiz olan “Batu”nun işə düşməsi uğurla həyata keçirilib və onun sınaqlarına başlanılıb”, - deyə o bildirib.

Məlum olduğu kimi, “Hisar-O” sistemi daha inkişaf etmiş “Hisar-O+” olaraq yenidən işlənib. Bu inkişaf fəaliyyətlərindən sonra infraqırmızı axtarış (IIR) başlıqlı raketin mənzili 25 kilometrə qədər artırılıb.

“Hisar-O+” sabit birliklərin və kritik obyektlərin hava hücumundan müdafiəsi ilə yanaşı, sabit və fırlanan qanadlı aviasiya vasitələrinin, qanadlı raketlərin, pilotsuz uçuş aparatlarının və hava-yer raketlərinin qarşısının alınması üçün istehsal olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ordusu   2022  


Türkiyə ordusuna “Hisar-O+” raketlərinin tədarükü 2022-ci ildə tamamlanacaq

2021/11/hisar-1637999221.jpg
Oxunub: 1537     15:50     27 Noyabr 2021    
Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində Prezident Administrasiyası və tabe qurumlarının 2022-ci il büdcələrinin müzakirəsi başlayıb.

Ordu.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay büdcə müzakirələri zamanı müdafiə planları ilə bağlı açıqlamalar verib.

Oktay bildirib ki, 2022-ci ildə zirehli maşınlarda ilk dəfə yerli mühərriklər istifadə olunacaq. 2022-ci ildə “Hisar O+” infraqırmızı (IIR) sistemlərlə idarə olunan raket tədarükü tamamlanacaq və “Sungur” portativ aşağı əməliyyat hündürlüyünə malik HHM sistemləri, “Akya” torpedası, MAM-T və ATMACA-nın tədarükü başlanacaq. “İlk 1500 at gücünə malik mühərrikimiz olan “Batu”nun işə düşməsi uğurla həyata keçirilib və onun sınaqlarına başlanılıb”, - deyə o bildirib.

Məlum olduğu kimi, “Hisar-O” sistemi daha inkişaf etmiş “Hisar-O+” olaraq yenidən işlənib. Bu inkişaf fəaliyyətlərindən sonra infraqırmızı axtarış (IIR) başlıqlı raketin mənzili 25 kilometrə qədər artırılıb.

“Hisar-O+” sabit birliklərin və kritik obyektlərin hava hücumundan müdafiəsi ilə yanaşı, sabit və fırlanan qanadlı aviasiya vasitələrinin, qanadlı raketlərin, pilotsuz uçuş aparatlarının və hava-yer raketlərinin qarşısının alınması üçün istehsal olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ordusu   2022  


Bizi "telegram"da izləyin