Putin: "Soçidə Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi işinə başlamaq razılaşdırılır"

2021/09/42724-1632388115.jpg
Oxunub: 1179     18:17     26 Noyabr 2021    
Cənubi Qafqazda kommunikasiyaların açılmasında hər kəs maraqlıdır.

Ordu.az-ın xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.

Onun sözlərinə görə, Rusiya da regionda kommunikasiyaların açılmasında maraqlıdır.

“Biz yaxın qonşu ölkələrik. Bizim böyük həcmdə ticarət dövriyyəmiz var. Yaxın vaxtlarda sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işə başlamağı razılaşdırırıq. Bunun haqqında əlbəttə ki, bu gün danışacağıq. Aydındır ki, bu, çətin məsələdir, hələ Sovet İttifaqı dövründən qalıb, sərhədlər orada olmayıb. İmkan var ki, bu haqda danışaq”, - Rusiya dövlət başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Sərhəd  


Bizi "telegram"da izləyin