Ermənistan BQ rəisinin azad edilməsinə sayılı günlər qalıb

2021/09/13060-1632299639.jpg
Oxunub: 794     13:55     26 Noyabr 2021    
Məlumatlara görə, Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın azad edilməsinə sayılı günləri qalıb, yaxın vaxtlarda vəzifəsindən azad olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, hətta mümkün əvəzedicilərin adları da dövriyyəyə qoyulur, inanılmaz namizədlər haqqında danışılır.

“Ən azından müharibədən sonra hakimiyyətin sərt tənqidçilərindən biri olan, lakin bu yaxınlarda Suren Papikyanın təyinatı ilə bağlı müsbət danışan bir generalın adı belə dövriyyəyə qoyulur. Ermənistanda bənzər metamorfozlar təbiidir”, - deyə nəşr bildirib.

Məlumata görə, Artak Davtyanın dəyişdirilməsi silahla bağlı məlum cinayət işi ilə əlaqədardır. Sözügedən iş üzrə artıq bir neçə aydır ki, Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan və Ermənistan MN-ə silah tədarük edən şirkətlərdən birinin direktoru olan Patron Davit ləqəbli Davit Qalstyan həbs edilib.

Nəşr yazıb ki, bu iş üzrə Davtyana qarşı da ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Davtyan  


Ermənistan BQ rəisinin azad edilməsinə sayılı günlər qalıb

2021/09/13060-1632299639.jpg
Oxunub: 796     13:55     26 Noyabr 2021    
Məlumatlara görə, Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın azad edilməsinə sayılı günləri qalıb, yaxın vaxtlarda vəzifəsindən azad olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, hətta mümkün əvəzedicilərin adları da dövriyyəyə qoyulur, inanılmaz namizədlər haqqında danışılır.

“Ən azından müharibədən sonra hakimiyyətin sərt tənqidçilərindən biri olan, lakin bu yaxınlarda Suren Papikyanın təyinatı ilə bağlı müsbət danışan bir generalın adı belə dövriyyəyə qoyulur. Ermənistanda bənzər metamorfozlar təbiidir”, - deyə nəşr bildirib.

Məlumata görə, Artak Davtyanın dəyişdirilməsi silahla bağlı məlum cinayət işi ilə əlaqədardır. Sözügedən iş üzrə artıq bir neçə aydır ki, Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan və Ermənistan MN-ə silah tədarük edən şirkətlərdən birinin direktoru olan Patron Davit ləqəbli Davit Qalstyan həbs edilib.

Nəşr yazıb ki, bu iş üzrə Davtyana qarşı da ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Davtyan  


Bizi "telegram"da izləyin