Cənubi Koreya KXDR-in nüvə, raket fəaliyyətlərini diqqətlə izləyir

2021/11/20211-1637909135.jpg
Oxunub: 361     12:40     26 Noyabr 2021    
Şimali Koreyanın “Yongbyon” kompleksində nüvə reaktorunun fəaliyyətini davam etdirdiyinə dair xəbərlərin yayılması fonunda Cənubi Koreya KXDR-in nüvə və raket fəaliyyətlərini ABŞ-la sıx əməkdaşlıq edərək izlədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyi məlumat yayıb.

ABŞ-ın “38 North” monitorinq saytı, peykdən çəkilmiş görüntülərə istinad edərək kompleksdə 5 meqavatlıq reaktordan ən azı bir generatorun işlədiyini göstərən buxarın aşkar edildiyini bildirib.

Nazirlik rəsmisi “kəşfiyyat məsələlərini” təsdiqləməkdən imtina edib, lakin hökumətin KXDR-in nüvə obyektlərini izlədiyini bildirib..

Qeyd olunub ki, Seul, həmçinin 2017-ci ildə yeni qitələrarası ballistik raketin buraxılış ildönümünü qeyd etmək üçün Şimali Koreyada baş verə biləcək hər hansı hadisənin mümkün əlamətlərini izləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   KXDR  


Cənubi Koreya KXDR-in nüvə, raket fəaliyyətlərini diqqətlə izləyir

2021/11/20211-1637909135.jpg
Oxunub: 363     12:40     26 Noyabr 2021    
Şimali Koreyanın “Yongbyon” kompleksində nüvə reaktorunun fəaliyyətini davam etdirdiyinə dair xəbərlərin yayılması fonunda Cənubi Koreya KXDR-in nüvə və raket fəaliyyətlərini ABŞ-la sıx əməkdaşlıq edərək izlədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyi məlumat yayıb.

ABŞ-ın “38 North” monitorinq saytı, peykdən çəkilmiş görüntülərə istinad edərək kompleksdə 5 meqavatlıq reaktordan ən azı bir generatorun işlədiyini göstərən buxarın aşkar edildiyini bildirib.

Nazirlik rəsmisi “kəşfiyyat məsələlərini” təsdiqləməkdən imtina edib, lakin hökumətin KXDR-in nüvə obyektlərini izlədiyini bildirib..

Qeyd olunub ki, Seul, həmçinin 2017-ci ildə yeni qitələrarası ballistik raketin buraxılış ildönümünü qeyd etmək üçün Şimali Koreyada baş verə biləcək hər hansı hadisənin mümkün əlamətlərini izləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   KXDR  


Bizi "telegram"da izləyin