“Hraparak”: Soçi və Brüsselə başıaşağı

2021/10/image-1633775889.jpg
Oxunub: 408     10:59     26 Noyabr 2021    
Təxminən bir illik fasilədən sonra Nikol Paşinyan noyabrın 26-da Soçidə, sonra isə dekabrın 15-də Brüsseldə əvvəlcə Rusiya Prezidenti Vladimir Putinin, sonra isə Aİ Prezidenti Şarl Mişelin müşahidəsi altında Prezident İlham Əliyevlə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, faktiki olaraq Avropa İttifaqı İlham Əliyevlə Paşinyan arasında görüş təşəbbüsünü birtərəfli qaydada ələ keçirə bilməyib.

Müəllif bildirib ki, Brüssel görüşünün razılaşdırılmasından bir neçə gün sonra Soçidə planlaşdırılan İlham Əliyev-Vladimir Putin-Nikol Paşinyan zirvəsi elan olunub.

“Təbii olaraq İlham Əliyev sərhəddə mövcud olan nisbi sakitliyi öz xoş iradəsinin ifadəsi kimi təqdim edəcək, səmimi olaraq atəşkəsi saxlamaq istədiklərini bildirəcək”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soçi   Brüssel  


“Hraparak”: Soçi və Brüsselə başıaşağı

2021/10/image-1633775889.jpg
Oxunub: 409     10:59     26 Noyabr 2021    
Təxminən bir illik fasilədən sonra Nikol Paşinyan noyabrın 26-da Soçidə, sonra isə dekabrın 15-də Brüsseldə əvvəlcə Rusiya Prezidenti Vladimir Putinin, sonra isə Aİ Prezidenti Şarl Mişelin müşahidəsi altında Prezident İlham Əliyevlə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, faktiki olaraq Avropa İttifaqı İlham Əliyevlə Paşinyan arasında görüş təşəbbüsünü birtərəfli qaydada ələ keçirə bilməyib.

Müəllif bildirib ki, Brüssel görüşünün razılaşdırılmasından bir neçə gün sonra Soçidə planlaşdırılan İlham Əliyev-Vladimir Putin-Nikol Paşinyan zirvəsi elan olunub.

“Təbii olaraq İlham Əliyev sərhəddə mövcud olan nisbi sakitliyi öz xoş iradəsinin ifadəsi kimi təqdim edəcək, səmimi olaraq atəşkəsi saxlamaq istədiklərini bildirəcək”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soçi   Brüssel  


Bizi "telegram"da izləyin