Kanada CF-18 qırıcılarının Ukraynada yerləşdirilməsini nəzərdən keçirəcək

2021/11/fdd-1637907898.jpg
Oxunub: 860     18:22     26 Noyabr 2021    
Kanada Rusiya təhlükəsi ilə əlaqədar öz qoşunlarını Ukrayna ərazisinə yerləşdirmək variantını nəzərdən keçirir.

Ordu.az “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, məsələ Kanada hökuməti tərəfindən müzakirə olunur.

Kanada artıq Ukraynaya hərbi yardım edir, Ukrayna qoşunlarına təlim keçmək üçün öz hərbi təlimatçılarını göndərir. Bununla belə, ölkə hökuməti hərbi missiyanın genişləndirilməsi və Kanada ordusunun Ukrayna ərazisinə əlavə hərbi hissələrinin yerləşdirilməsi məsələsini müzakirə etmək qərarına gəlib. Bu yolla Kanada rus qoşunlarının yenidən işğal təhlükəsinin qarşısını almaq niyyətindədir.

Kanadanın “The Globe and Mail” nəşrinə görə, Ukraynaya bir neçə yüz kanadalı hərbçinin göndərilməsi məsələsi, həmçinin bir sıra CF-18 qırıcılarının Ukrayna aerodromlarına köçürülməsi nəzərdən keçirilir.

Kanada nəşrinin istinad etdiyi hərbi mənbələrə görə, əlavə hərbi kontingentin yerləşdirilməsi qərarı NATO-nun gələcək fəaliyyətindən asılı olacaq. Əgər alyans Rusiya ordusunun hücumunu cilovlamaq üçün əlavə qüvvələr ayırmaq qərarına gəlsə, o zaman Kanada öz ordusunu göndərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ukrayna  


Kanada CF-18 qırıcılarının Ukraynada yerləşdirilməsini nəzərdən keçirəcək

2021/11/fdd-1637907898.jpg
Oxunub: 861     18:22     26 Noyabr 2021    
Kanada Rusiya təhlükəsi ilə əlaqədar öz qoşunlarını Ukrayna ərazisinə yerləşdirmək variantını nəzərdən keçirir.

Ordu.az “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, məsələ Kanada hökuməti tərəfindən müzakirə olunur.

Kanada artıq Ukraynaya hərbi yardım edir, Ukrayna qoşunlarına təlim keçmək üçün öz hərbi təlimatçılarını göndərir. Bununla belə, ölkə hökuməti hərbi missiyanın genişləndirilməsi və Kanada ordusunun Ukrayna ərazisinə əlavə hərbi hissələrinin yerləşdirilməsi məsələsini müzakirə etmək qərarına gəlib. Bu yolla Kanada rus qoşunlarının yenidən işğal təhlükəsinin qarşısını almaq niyyətindədir.

Kanadanın “The Globe and Mail” nəşrinə görə, Ukraynaya bir neçə yüz kanadalı hərbçinin göndərilməsi məsələsi, həmçinin bir sıra CF-18 qırıcılarının Ukrayna aerodromlarına köçürülməsi nəzərdən keçirilir.

Kanada nəşrinin istinad etdiyi hərbi mənbələrə görə, əlavə hərbi kontingentin yerləşdirilməsi qərarı NATO-nun gələcək fəaliyyətindən asılı olacaq. Əgər alyans Rusiya ordusunun hücumunu cilovlamaq üçün əlavə qüvvələr ayırmaq qərarına gəlsə, o zaman Kanada öz ordusunu göndərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ukrayna  


Bizi "telegram"da izləyin