Mərakeş İsraildən radarlar, PUA və reaktiv təyyarələr almağı düşünür

2021/11/3MZLH-1637907480.jpg
Oxunub: 639     15:37     26 Noyabr 2021    
Mərakeş İsrail istehsalı olan PUA-lar və raket əleyhinə sistemlər almaq və bəzi döyüş təyyarələrinin İsrail tərəfindən yenilənməsi ilə bağlı müqavilə imzalamaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin “Kan” televiziyası ölkələr arasında müdafiə paktının imzalanmasından sonra məlumat yayıb.

Mərakeş və İsrail rəsmiləri hələlik şərh verməyiblər.

Anlaşma memorandumunu imzalamaq üçün Rabata səfər edən İsrailin müdafiə naziri Benni Qantz iki yerli qəzet tərəfindən dərc olunan məqalədə bildirib ki, bu, ölkələrə “ekstremist terror, eləcə də sərhəd və hava təhdidləri” ilə mübarizə aparmağa kömək edəcək.

Qeyd edək ki, bundan əvvəl Mərakeş rəsmi olaraq İsraildən Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı istifadə üçün nəzərdə tutulan “Skylock Dome” adlı Hava Hücumundan Müdafiə (HHM) sistemləri alacağını bildirib.

Yerli mətbuatında məlumatına görə, Mərakeş İsrailin “Rafael” müdafiə sənayesi şirkətindən “Dəmir Günbəz” Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri almaq istəyir.

Onilliklər ərzində gizli müdafiə və kəşfiyyat əlaqələrindən sonra, Mərakeş keçən il ABŞ-ın rəhbərlik etdiyi “İbrahim Sazişləri” adlı təşəbbüsün fonunda İsraillə əlaqələri normallaşdırmağa razılaşıb. Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də əlaqələri normallaşdırıb, Sudan isə buna açıq olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mərakeş   İsrail  

Mərakeş İsraildən radarlar, PUA və reaktiv təyyarələr almağı düşünür

2021/11/3MZLH-1637907480.jpg
Oxunub: 640     15:37     26 Noyabr 2021    

Bizi "telegram"da izləyin