F-16 döyüş təyyarəsində ilk dəfə “Dragon's Eye” radarlarından istifadə edilib

2021/11/Drago-1637907243.jpg
Oxunub: 657     16:21     26 Noyabr 2021    
ABŞ-da yerləşən “Northrop Grumman” müdafiə şirkəti F-16-da ilk dəfə “Dragon's Eye” adlı AESA tipli radardan istifadə edib.

Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri “Dragon's Eye” sistemini həm mövcud, həm də ehtiyatda olan F-16 eskadriliyalarına inteqrasiya etməyi planlaşdırır.

Radarlar döyüş təyyarələrinin uçuş zamanı döyüş meydanında daha sürətli aşkarlama, izləmə və hədəfləməsinə imkan verəcək.

Şirkət rəsmiləri bildirir ki, sistemlər tez bir zamanda yeni platformalara uyğunlaşır və 5-ci nəsil radar portfelinə daxil olan təkmil radar rejimlərinə malikdir.

AN/ASQ-236 “Dragon's Eye” bütün hava şəraitində çoxlu hədəf aşkarlama, izləmə və hədəfləmə qabiliyyəti ilə təyyarə heyətini təmin edən və ABŞ-ın F-15E “Strike Eagle” təyyarələrində fəal şəkildə istifadə edilən Ku-diapazonlu AESA taktiki radar sistemidir. Sistem həm yüksək tonajlı, həm də döyüş təyyarəsi sinfinə məxsus təyyarələrə inteqrasiya oluna bilən sistemdir. “Northrop Grumman” əvvəllər konsept nümayişi zamanı AN/ASQ-236 radarlarını AC-130 və B-52 bombardmançılarına inteqrasiya etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-16  


F-16 döyüş təyyarəsində ilk dəfə “Dragon's Eye” radarlarından istifadə edilib

2021/11/Drago-1637907243.jpg
Oxunub: 658     16:21     26 Noyabr 2021    
ABŞ-da yerləşən “Northrop Grumman” müdafiə şirkəti F-16-da ilk dəfə “Dragon's Eye” adlı AESA tipli radardan istifadə edib.

Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri “Dragon's Eye” sistemini həm mövcud, həm də ehtiyatda olan F-16 eskadriliyalarına inteqrasiya etməyi planlaşdırır.

Radarlar döyüş təyyarələrinin uçuş zamanı döyüş meydanında daha sürətli aşkarlama, izləmə və hədəfləməsinə imkan verəcək.

Şirkət rəsmiləri bildirir ki, sistemlər tez bir zamanda yeni platformalara uyğunlaşır və 5-ci nəsil radar portfelinə daxil olan təkmil radar rejimlərinə malikdir.

AN/ASQ-236 “Dragon's Eye” bütün hava şəraitində çoxlu hədəf aşkarlama, izləmə və hədəfləmə qabiliyyəti ilə təyyarə heyətini təmin edən və ABŞ-ın F-15E “Strike Eagle” təyyarələrində fəal şəkildə istifadə edilən Ku-diapazonlu AESA taktiki radar sistemidir. Sistem həm yüksək tonajlı, həm də döyüş təyyarəsi sinfinə məxsus təyyarələrə inteqrasiya oluna bilən sistemdir. “Northrop Grumman” əvvəllər konsept nümayişi zamanı AN/ASQ-236 radarlarını AC-130 və B-52 bombardmançılarına inteqrasiya etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-16  


Bizi "telegram"da izləyin