Braziliyaya 4 “Gripen” döyüş təyyarəsi təhvil verilib

2021/11/Ekran-1637907155.jpg
Oxunub: 674     14:51     26 Noyabr 2021    
Braziliya Hərbi Hava Qüvvələrinə (FAB) kütləvi istehsal prosesindən çıxan ilk dörd F-39E “Gripen” döyüş təyyarəsi təhvil verilib.

Ordu.az xəbər verir ki, İsveçrənin “Saab Aeronautics” şirkətinin Linköpinq şəhərində keçirilən rəsmi mərasimdə iştirak edən Braziliya Hərbi Hava Qüvvələrinin komandanı Karlos de Almeyda Baptista Junior Braziliya təyyarələrini təhvil alıb.

Mərasimdə İsveç Hərbi Hava Qüvvələri üçün istehsal edilən iki ədəd F-39E Gripen də təhvil verilib.

2014-cü ildə Braziliya ilə “Saab” şirkəti arasında ölkənin Hərbi Hava Qüvvələri üçün müvafiq sistemlər, dəstək və avadanlıqlar da daxil olmaqla 36 ədəd “Gripen E/F” qırıcılarının hazırlanması və istehsalı üçün təxminən 4 milyard dollar dəyərində müqavilə imzalanıb. Son təyyarələrin 2026-cı ilə qədər təhvil veriləcəyi gözlənilir.

“Saab” milli tərəfdaşları vasitəsilə, Braziliyanın yerli aviasiya sənayesinin inkişafını ehtiva edən “Gripen” proqramını təxminən on il ərzində həyata keçiriləcək hərtərəfli texnologiya proqramı ilə dəstəkləyir. Bu çərçivədə braziliyalı texniki və mühəndislərin iştirakı ilə istehsal edilən ilk “Gripen-E” döyüş təyyarəsi 10 sentyabr 2019-cu il tarixində Braziliya Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Şirkət Braziliyada “Gripen E/F” təyyarələri üçün hissələrin istehsalına başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Braziliya   İsveç  

Braziliyaya 4 “Gripen” döyüş təyyarəsi təhvil verilib

2021/11/Ekran-1637907155.jpg
Oxunub: 676     14:51     26 Noyabr 2021    

Bizi "telegram"da izləyin