"Past": Paşinyan niyə Mişustinlə təkbətək danışa bilməyib?

2020/07/22124-1595084903.jpg
Oxunub: 626     16:23     25 Noyabr 2021    
Noyabrın 18-20-də AİB ölkələrinin Baş nazirləri Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Ermənistanda olublar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.

Müəllif bildirib ki, dar və geniş tərkibdə iclaslar keçirilib, 10-dan artıq sənəd imzalanıb.

"Lakin Rusiya və Ermənistan Baş nazirləri arasında görüşün baş tutmaması diqqətçəkəndir. Lakin bu, o demək deyil ki, erməni tərəfi görüş təşkil etməyə cəhd etməyib. Nikol Paşinyan və onun administrasiyası rusiyalı həmkarı ilə təkbətək söhbət etmək üçün hər cür səy göstərsə də, buna nail ola bilməyib, nəzakətli rədd cavabı alıb. Yeri gəlmişkən, Paşinyan-Mişutsin təkbətək söhbətinin olmamasını vaxt azlığı ilə əlaqələndirmək düzgün olmaz, çünki, məlum olduğu kimi, Rusiya Federasiyasının Baş naziri Emənistanda "Malxas" caz klubunda yaxşı vaxt keçirməyə belə vaxt tapıb. Mənbələrimizin məlumatına görə, Nikol Paşinyanla görüşməməyin öz səbəbləri var. Xüsusən, cəmi bir neçə gün bundan öncə, noyabrın 16-da Ermənistan parlamentinin fraksiyası açıq-aşkar anti-rus isteriyası qaldırmışdı, parlamentdənkənar olan hakim və iqtidaryönlü xadimlər və "vahid"lər növbəti dəfə hər şeyi rusların "cib"inə atmağa çalışdılar", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Rusiya  

"Past": Paşinyan niyə Mişustinlə təkbətək danışa bilməyib?

2020/07/22124-1595084903.jpg
Oxunub: 627     16:23     25 Noyabr 2021    

Bizi "telegram"da izləyin