Zaxarova: “Biz üçtərəfli bəyanatların ardıcıl şəkildə icrasına tərəfdarıq”

2020/11/5b5b0-1605265777.jpg
Oxunub: 381     15:38     25 Noyabr 2021    
Biz 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıyıq.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycanla Naxçıvan Muxtar Respublikasını (MR) birləşdirəcək yolda Ermənistanın gömrük nəzarətinin olacağına dair suala cavabında bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatlara Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrin açılması da aiddir.

“Bu vacib vəzifəylə üç ölkənin Baş nazirlərinin müavinlərinin təmsil olunduğu üçtərəfli işçi qrup məşğul olur. Bura aid olan kompleks məsələlər Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub. Biz regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı razılığa nail olunmasının yaxşı perspektivlərini görürük. Əlbəttə ki, bütün tərəflərin maraqlar balansının nəzərə alınması ilə... Eləcə də hesab edirik ki, açılmış marşrutlar üzrə beynəlxalq daşımalar beynəlxalq sazişlər və tərəflərdən hər birinin milli qanunvericilikləri əsasında həyata keçiriləcək”, - M. Zaxarova qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Qarabağ  


Zaxarova: “Biz üçtərəfli bəyanatların ardıcıl şəkildə icrasına tərəfdarıq”

2020/11/5b5b0-1605265777.jpg
Oxunub: 383     15:38     25 Noyabr 2021    
Biz 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıyıq.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycanla Naxçıvan Muxtar Respublikasını (MR) birləşdirəcək yolda Ermənistanın gömrük nəzarətinin olacağına dair suala cavabında bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatlara Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrin açılması da aiddir.

“Bu vacib vəzifəylə üç ölkənin Baş nazirlərinin müavinlərinin təmsil olunduğu üçtərəfli işçi qrup məşğul olur. Bura aid olan kompleks məsələlər Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub. Biz regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı razılığa nail olunmasının yaxşı perspektivlərini görürük. Əlbəttə ki, bütün tərəflərin maraqlar balansının nəzərə alınması ilə... Eləcə də hesab edirik ki, açılmış marşrutlar üzrə beynəlxalq daşımalar beynəlxalq sazişlər və tərəflərdən hər birinin milli qanunvericilikləri əsasında həyata keçiriləcək”, - M. Zaxarova qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Qarabağ  


Bizi "telegram"da izləyin