"BQ rəisinin dəyişdirilməsi məsələsini ən azı bir il gündəmdən çıxarmaq lazımdır" - Abrahamyan

2021/10/26256-1633941465.jpg
Oxunub: 586     16:35     25 Noyabr 2021    
"Baş Qərargah rəisinin dəyişdirilməsi məsələsi son vaxtlar müzakirə olunan mövzulardandır".

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Şərəıfim var" fraksiyasının deputatl Tiqran Abrahamyan bildirib.

O qeyd edib ki, hazırkı Baş Qərargah rəisini həmin vəzifədən azad etmək üçün böyük əsasların olmasına baxmayaraq, indiki mərhələdə bunu məqsədəuyğun hesab etmir.

"Baş Qərargah rəisinin dəyişdirilməsi məsələsini ən azı bir il gündəmdən çıxarmaq lazımdır, bu, ciddi təhlükələr ehtiva edir", - deyə erməni deputat vurğulayıb.

Onun sözlərinə görə, delimitasiya və demarkasiya şəraitində sərhəd hadisələrinin baş vermə ehtimalı azalmayacaq.

"Delimitasiya və demarkasiya prosesi ilə bağlı razılığın əldə olunması, eləcə də əsas işlərin genişlənməsi şəraitində sərhəd insidentlərinin, müxtəlif xarakterli hərbi əməliyyatların baş verməsi ehtimalı heç bir formada azalmayacaq, üstəlik, risklərin əhəmiyyətli dərəcədə artması ehtimalı yüksəkdir", - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Delimitasiya  


"BQ rəisinin dəyişdirilməsi məsələsini ən azı bir il gündəmdən çıxarmaq lazımdır" - Abrahamyan

2021/10/26256-1633941465.jpg
Oxunub: 587     16:35     25 Noyabr 2021    
"Baş Qərargah rəisinin dəyişdirilməsi məsələsi son vaxtlar müzakirə olunan mövzulardandır".

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Şərəıfim var" fraksiyasının deputatl Tiqran Abrahamyan bildirib.

O qeyd edib ki, hazırkı Baş Qərargah rəisini həmin vəzifədən azad etmək üçün böyük əsasların olmasına baxmayaraq, indiki mərhələdə bunu məqsədəuyğun hesab etmir.

"Baş Qərargah rəisinin dəyişdirilməsi məsələsini ən azı bir il gündəmdən çıxarmaq lazımdır, bu, ciddi təhlükələr ehtiva edir", - deyə erməni deputat vurğulayıb.

Onun sözlərinə görə, delimitasiya və demarkasiya şəraitində sərhəd hadisələrinin baş vermə ehtimalı azalmayacaq.

"Delimitasiya və demarkasiya prosesi ilə bağlı razılığın əldə olunması, eləcə də əsas işlərin genişlənməsi şəraitində sərhəd insidentlərinin, müxtəlif xarakterli hərbi əməliyyatların baş verməsi ehtimalı heç bir formada azalmayacaq, üstəlik, risklərin əhəmiyyətli dərəcədə artması ehtimalı yüksəkdir", - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Delimitasiya  


Bizi "telegram"da izləyin