"Past": Soçi Brüssel görüşünü sadəcə "protokol" edə bilər

2021/10/image-1633775889.jpg
Oxunub: 580     16:12     25 Noyabr 2021    
Məlum olduğu kimi, dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyanın görüşü də planlaşdırılıb. Bu görüşün təşəbbüsü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə aiddir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.

Müəllifin sözlərinə görə, bu görüşdən əvvəl məlum olub ki, noyabrın 26-da Soçidə artıq Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü baş tutacaq.

Nəşrin məlumatına görə, noyabrın 26-da keçiriləcək görüş əvvəlcədən planlaşdırılmayıb, yəni, Soçi görüşü 15 dekabr görüşünün "preambula"sı kimi gündəmə daxil olub.

"Üstəlik, məlumatlar var ki, Soçidə tərəflər demarkasiya və delimitasiya üzrə müvafiq komissiyanın yaradılması ilə bağlı ilkin razılığa gələcəklər, yeri gəlmişkən, Paşinyan dünən keçirdiyi mətbuat konfransında faktiki olaraq bunu təsdiqləyib. Mənbələrimiz bildirir ki, bu günlərdə Nikol Paşinyan komissiyada kimlərin olacağı ilə bağlı ilkin siyahını artıq hazırlayıb, adlar isə dekabrın 15-dək rəsmən açıqlanacaq. Əslində, ekspert dairələrinin fikrincə, Brüsseldəki görüş əsasən "protokol" xarakteri daşıyacaq, çünki əsas məsələlər Soçidə həll olunacaq", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Azərbaycan   Soçi  

"Past": Soçi Brüssel görüşünü sadəcə "protokol" edə bilər

2021/10/image-1633775889.jpg
Oxunub: 581     16:12     25 Noyabr 2021    

Bizi "telegram"da izləyin