Paşinyanın gizli “demokratiyası| “Pegasus” casus proqramı qalmaqalı

2019/09/00-33-1568712180.jpg
Oxunub: 1229     16:03     25 Noyabr 2021    
Ermənistan hökuməti tam məxfi prosedurla həyata keçiriləcək “Ermənistan Baş Nazirinin Aparatının texniki təchizatının təkmilləşdirilməsi” maddəsi üzrə dövlət büdcəsindən 26 milyon 239 min dram ayırmağa hazırlaşır. Layihə hökumətin iclasının gündəliyinə daxil edilib. Layihəyə əlavə edilən əsaslandırmaya əsasən, prioritetlərə baxılması ilə əlaqədar 2021-ci ildə Paşinyanın aparatına ayrılan büdcə vəsaitlərinin yenidən bölüşdürülməsi təklif edilir. Yenidən bölüşdürülən məbləğlərdən 2 milyon 292,7 min dram cari təmirə, 26 milyon 239 min dram isə texniki avadanlıqlara yönəldiləcək.

Təklifi Paşinyanın aparat rəhbəri Arayik Harutyunyan təqdim edib.

Konkret təyinat, haradan, kim tərəfindən, hansı prosedurla, hansı növ avadanlığın alınacağı nə dizaynda, nə də onun əsaslandırılmasında ətraflı göstərilməyib. Sadəcə qeyd olunur ki, qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qalan hissələr çox məxfi hesab edildiyi üçün şərh edilməyib.

Maraqlıdır ki, həmin gün bir sıra erməni KİV-ləri Ermənistanın qeyri-qanuni telefon dinləmələri üçün istifadə edilən “Peqasus” casus proqramı əldə etməsinin rəsmən təsdiqləndiyini yazıb.

Təhlükəsizlik üzrə erməni ekspert Ruben Muradyan öz “Facebook” səhifəsində Ermənistanda ən azı iki nəfərin telefonlarına “Pegasus” casus proqramının quraşdırıldığı barədə “Apple”dan xəbərdarlıq məktubunun aldığını bildirib.

Xəbərdarlıq məktubu alan şəxslərdən biri də Ernənistan MTX-nin keçmiş direktoru, “Şərəfim var” müxalifət fraksiyasının rəhbəri Artur Vanetsyandır. Bu barədə o, sosial media səhifəsində qeyd edərək şəxsən məlumat verib. Vanetsyan qeyd edib ki, proqramla təkcə onun deyil, yaxın ətrafının da telefonlarını dinləyiblər.

Hələ yayda mətbuatda Ermənistanın telefonların dinlənməsi üçün istifadə edilən 7 milyon dollarlıq “Pegasus” casus sistemi aldığı barədə xəbərlər yayılmışdı.

“Pegasus”un İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış casus proqramı olduğu bilinir. Tətbiq mobil telefonlara və istifadəçi məlumatı olmayan digər cihazlara yüklənə bilər, poçta, fotolara və videolara daxil ola bilər, sahibinin xəbəri olmadan kamera və mikrofonu aktivləşdirə bilər.

“Pegasus “proqramı bütün dünyada müxalifət fəallarına və jurnalistlərə qarşı kiberhücumlar həyata keçirmək üçün istifadə olunub. Bir neçə ay əvvəl bir neçə jurnalist təşkilatının “Pegasus” casus proqramının istehsalçısını məhkəməyə verdiyi açıqlanmışdı. Məlumdur ki, bu proqramı ancaq xüsusi strukturlar və təşkilatlar əldə edə bilər. Bu proqram fiziki şəxslərə satılmır.

Ermənistanın Baş nazirlik aparatının çox məxfi texniki təkmilləşdirilməsinin “Pegasus” casus proqramı ilə nə dərəcədə əlaqəsi olduğunu söyləmək çətindir. Ancaq belə təsadüflər təsadüfi deyil.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Pegasus  

Paşinyanın gizli “demokratiyası| “Pegasus” casus proqramı qalmaqalı

2019/09/00-33-1568712180.jpg
Oxunub: 1231     16:03     25 Noyabr 2021    

Bizi "telegram"da izləyin