Avropa Şurası liderlər arasındakı görüşə Şərq Tərəfdaşlığı prizmasından baxır?

2021/09/15294-1632199012.jpg
Oxunub: 540     16:02     25 Noyabr 2021    
Brüsseldə Prezident İlham Əliyev və Nikol Paşinyan arasında gözlənilən görüşlə bağlı məlumatlar Avropa İttifaqının Şərq Tərəfdaşlığı Assambleyasının mümkün diqqətini tamamilə özünə cəlb edib.

“Şərq Tərəfdaşlığı” proqramının dekabr assambleyası proqramın gələcəyinin nə olacağı və ya Avropa Şurası Prezidentinin bir neçə ay əvvəl regional səfəri zamanı ifadə olunan praktiki intensiv işin miqyası, o cümlədən irimiqyaslı maliyyə paketləri ilə bağlı suala cavab verəcək.

Brüsseldə keçiriləcək görüşünün monitorinqi göstərir ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunması ümumi vəziyyətin davamlı idarə olunmasına az da olsa töhfə verə bilər. Lakin bu mənada Şərq Tərəfdaşlığı proqramı kontekstində Aİ-nin fəaliyyətinin perspektivi daha vacibdir, çünki bu proqram Aİ-nin daha geniş, daha dərin, çoxsahəli iştirakını təmin etmək üçün bir vasitədir. Sual yaranır ki, Avropa Şurası liderlər arasındakı görüşə Şərq Tərəfdaşlığı prizmasından baxırmı? Hər halda, ictimaiyyətin diqqət mərkəzində saxlamağı unutmamalıyıq ki, dekabrın 15-də Brüsseldə tərəflər üçün mühüm hadisə təkcə görüş deyil, həm də nəzərəçarpacaq əhəmiyyət kəsb edən Aİ-nin Şərq Tərəfdaşlığı Assambleyasıdır.

Həmçinin unutmaq olmaz ki, Aİ regiondakı balansı pozaraq Ermənistana 2.6 milyard yardım aırmağı planlaşdırır. Xatırladaq ki, həmin paketdən bir neçə yüz milyon avronun Zəngəzurda biznesin dəstəklənməsi, eləcə də Şimal-Cənub magistralının tikintisinə yönəldilməsi nəzərdə tutulur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Avropa-Şurası   Görüş  

Avropa Şurası liderlər arasındakı görüşə Şərq Tərəfdaşlığı prizmasından baxır?

2021/09/15294-1632199012.jpg
Oxunub: 542     16:02     25 Noyabr 2021    

Bizi "telegram"da izləyin