Daha bir təyyarə Ermənistanın hava məkanından Bakıya uçuş edib - FOTO

2021/10/38984-1633510554.jpg
Oxunub: 643     15:26     25 Noyabr 2021    
Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin təyyarəsi noyabrın 24-də Ermənistanın hava məkanı vasitəsilə Larnaka-Bakı reysini həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “flightradar24.com”un təqdim etdiyi məlumatlardan məlum olub.

Bu məlumatlara görə, təyyarə Ermənistanın Armavir vilayətinin Yervandaşat kəndi yaxınlığında Ermənistan-Türkiyə sərhədini keçib, İrəvanın Erebuni inzibati rayonunun, daha sonra Qeğarkunik vilayətinin Martuni şəhərinin üzərindən uçuş həyata keçirib və Bakıya doğru uçuşu davam etdirib.

Xatırladaq ki, noyabrın 23-də Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransından öncə AZAL şirkəti Ermənistanın hava məkanı vasitəsilə Naxçıvandan Bakıya uçuş həyata keçirib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AZAL  


Daha bir təyyarə Ermənistanın hava məkanından Bakıya uçuş edib - FOTO

2021/10/38984-1633510554.jpg
Oxunub: 645     15:26     25 Noyabr 2021    
Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin təyyarəsi noyabrın 24-də Ermənistanın hava məkanı vasitəsilə Larnaka-Bakı reysini həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “flightradar24.com”un təqdim etdiyi məlumatlardan məlum olub.

Bu məlumatlara görə, təyyarə Ermənistanın Armavir vilayətinin Yervandaşat kəndi yaxınlığında Ermənistan-Türkiyə sərhədini keçib, İrəvanın Erebuni inzibati rayonunun, daha sonra Qeğarkunik vilayətinin Martuni şəhərinin üzərindən uçuş həyata keçirib və Bakıya doğru uçuşu davam etdirib.

Xatırladaq ki, noyabrın 23-də Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransından öncə AZAL şirkəti Ermənistanın hava məkanı vasitəsilə Naxçıvandan Bakıya uçuş həyata keçirib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AZAL  


Bizi "telegram"da izləyin