“Hraparak”: Prosesinə başlamağın ilkin şərti Zəngəzurun demilitarizasiyasıdır

2021/09/zenge-1632457453.jpg
Oxunub: 617     15:28     25 Noyabr 2021    
“Paşinyan keçirdiyi onlayn mətbuat konfransında demarkasiya və delimitasiya ilə bağlı imzalanacaq sənədin belə bir komissiyanın yaradılması ilə bağlı ilkin razılaşma olacağını və danışıqlarda substantiv məsələlərin müzakirə olunacağını bildirsə də, bəzi dairələr artıq bu məsələni müzakirə edirdilər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, sızan informasiyalara görə, demarkasiya və delimitasiya prosesinə başlamağın ilkin şərti ordunun Zəngəzurdan çıxarılması, yəni Zəngəzurun demilitarizasiyası, hərbisizləşdirilməsidir.

Bu, Nikol Paşinyanın dünənki mətbuat konfransındakı çıxışının bəzi yerlərində nəzərə çarpırdı. Məsələn, Paşinyan qeyd edib ki, demarkasiya və delimitasiya ilə bağlı son təkliflər əvvəlki təkliflərdən çox da fərqlənmir. “Biz qoşunların çıxarılması ideyasını irəli sürmüşük, lakin sual yaranır: qoşunları hansı prinsip əsasında və hansı ərazilərdən çıxarmaq, hansı məqamda qoşunları çıxarmaq lazımdır?”

Daha sonra əlavə etdi ki, bütün bunların üzərində gündəlik işləyirlər. Onun sözlərindən belə başa düşmək olar ki, toqquşmalardan qaçmaq üçün ən yaxşı həll qarşılıqlı demilitarizasiyadır.

“Bəs nə təminat var ki, biz Zəngəzuru demilitarizasiya edəcəyik və rəqib bunu etməyəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Zəngəzur  

“Hraparak”: Prosesinə başlamağın ilkin şərti Zəngəzurun demilitarizasiyasıdır

2021/09/zenge-1632457453.jpg
Oxunub: 619     15:28     25 Noyabr 2021    

Bizi "telegram"da izləyin