Türkiyə və Malayziya aviasiya sahəsində ortaq tədqiqatlara hazırlaşır

2021/11/thumb-1637823497.jpg
Oxunub: 509     16:22     25 Noyabr 2021    
Dünyada 10-dan çox texnologiya ofisi olan Türkiyənin TUSAŞ şirkətinin yeni ünvanı Malayziyadır.

Ordu.az xəbər verir ki, ölkənin Selanqor vilayətindəki mərkəzlərdən birində ofis açan TUSAŞ, müdafiə və aerokosmik sənaye sahəsində Malayziya ilə yeni ortaq layihələr üzərində işləməyə başlayıb.

Malayziya ilə müdafiə və aviasiya sahəsində uzun illər davam edən əlaqələri gücləndirəcək yeni ofisdə çalışacaq mühəndislərin PUA-lardan reaktiv təlim təyyarələrinə, helikopterdən tutmuş dünya aviasiya ekosistemi üçün modernləşdirmə proqramları üzrə layihələrlə bağlı bir çox sahədə ortaq araşdırmalar aparması hədəflənir.

“Malayziya və Türkiyə üçün aviasiya və müdafiə sahəsində ortaq layihələrin inkişafı üçün əhəmiyyətli işlərə ev sahibliyi edəcəyik. Aviasiya, kosmos və müdafiə sahəsində yarım əsrlik aviasiya təcrübəmizi reallaşdıracağımız Malayziya ilə tərəfdaşlığımızı həyata keçiririk. Biz qlobal aviasiya sənayesini, xüsusən də regionlarımızda genişləndirməyi və gücləndirməyi hədəfləyirik”, - deyə şirkətin rəhbəri Temel Kotil bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Malayziya  


Türkiyə və Malayziya aviasiya sahəsində ortaq tədqiqatlara hazırlaşır

2021/11/thumb-1637823497.jpg
Oxunub: 511     16:22     25 Noyabr 2021    
Dünyada 10-dan çox texnologiya ofisi olan Türkiyənin TUSAŞ şirkətinin yeni ünvanı Malayziyadır.

Ordu.az xəbər verir ki, ölkənin Selanqor vilayətindəki mərkəzlərdən birində ofis açan TUSAŞ, müdafiə və aerokosmik sənaye sahəsində Malayziya ilə yeni ortaq layihələr üzərində işləməyə başlayıb.

Malayziya ilə müdafiə və aviasiya sahəsində uzun illər davam edən əlaqələri gücləndirəcək yeni ofisdə çalışacaq mühəndislərin PUA-lardan reaktiv təlim təyyarələrinə, helikopterdən tutmuş dünya aviasiya ekosistemi üçün modernləşdirmə proqramları üzrə layihələrlə bağlı bir çox sahədə ortaq araşdırmalar aparması hədəflənir.

“Malayziya və Türkiyə üçün aviasiya və müdafiə sahəsində ortaq layihələrin inkişafı üçün əhəmiyyətli işlərə ev sahibliyi edəcəyik. Aviasiya, kosmos və müdafiə sahəsində yarım əsrlik aviasiya təcrübəmizi reallaşdıracağımız Malayziya ilə tərəfdaşlığımızı həyata keçiririk. Biz qlobal aviasiya sənayesini, xüsusən də regionlarımızda genişləndirməyi və gücləndirməyi hədəfləyirik”, - deyə şirkətin rəhbəri Temel Kotil bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Malayziya  


Bizi "telegram"da izləyin