Türkiyə PUA-lar üçün aviadaşıyıcıların inşası ilə bağlı danışıqlar aparır

2021/07/2-1-1-4881076881.jpg
Oxunub: 464     11:33     26 Noyabr 2021    
Türkiyə xüsusi olaraq PUA-lar üçün nəzərdə tutulmuş aviadaşıyıcı inşa edən ilk ölkə ola bilər.

Ordu.az xəbər veror ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir “Anadolu” agentliyinə bildirib.

O bildirib ki, dünyada aviadaşıyıcı konsepsiyasının dəyişməyə başladığı müşahidə edilir. Artıq bir çox şirkət PUA aviadaşıyıcısı ilə bağlı araşdırmalara başlayıb.

Dəmir bu mövzunun son vaxtlar maraq göstərən ispaniyalı həmkarları ilə də müzakirə edildiyini bildirib.

“Belə bir yanaşma var ki, reaktiv mühərrikləri və pərləri olan bir neçə növ PUA-ları yerləşdirəcək formatda daha böyük gəmini nəzərdən keçirmək məqsədəuyğun olardı. Biz bunun üzərində daha da işləyəcəyik. Bu, hazırda ideyadır, lakin biz bu məsələni müxtəlif həmsöhbətlərlə müzakirə edirik”, - deyə o qeyd edib.

Türkiyə Hərbi Dəniz Qüvvələri tezliklə “TCG Anadolu” gəmilərindən istifadə etməyə başlayacaq. Türkiyə bu gəmidə PUA-lar yerləşdirməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İspaniya  


Türkiyə PUA-lar üçün aviadaşıyıcıların inşası ilə bağlı danışıqlar aparır

2021/07/2-1-1-4881076881.jpg
Oxunub: 466     11:33     26 Noyabr 2021    
Türkiyə xüsusi olaraq PUA-lar üçün nəzərdə tutulmuş aviadaşıyıcı inşa edən ilk ölkə ola bilər.

Ordu.az xəbər veror ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir “Anadolu” agentliyinə bildirib.

O bildirib ki, dünyada aviadaşıyıcı konsepsiyasının dəyişməyə başladığı müşahidə edilir. Artıq bir çox şirkət PUA aviadaşıyıcısı ilə bağlı araşdırmalara başlayıb.

Dəmir bu mövzunun son vaxtlar maraq göstərən ispaniyalı həmkarları ilə də müzakirə edildiyini bildirib.

“Belə bir yanaşma var ki, reaktiv mühərrikləri və pərləri olan bir neçə növ PUA-ları yerləşdirəcək formatda daha böyük gəmini nəzərdən keçirmək məqsədəuyğun olardı. Biz bunun üzərində daha da işləyəcəyik. Bu, hazırda ideyadır, lakin biz bu məsələni müxtəlif həmsöhbətlərlə müzakirə edirik”, - deyə o qeyd edib.

Türkiyə Hərbi Dəniz Qüvvələri tezliklə “TCG Anadolu” gəmilərindən istifadə etməyə başlayacaq. Türkiyə bu gəmidə PUA-lar yerləşdirməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İspaniya  


Bizi "telegram"da izləyin