KİV: Türkiyə Qazaxıstana “Anka” PUA-ları ixrac edəcək

2021/11/ANKA--1636967371.jpg
Oxunub: 613     13:49     25 Noyabr 2021    
Türkiyənin TUSAŞ şirkəti “Anka” Pilotsuz Uçan Aparatı (PUA) üçün Qazaxıstanla davam edən danışıqlar nəticəsində 2021-ci ilin oktyabrında lazımi müqaviləni imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “HaberTürk” nəşri öz mənbələrinə istinadən yazıb.

Müqavilə çərçivəsində Qazaxıstan Silahlı Qüvvələrinə 3 ədəd “Anka” PUA-sı tədarük ediləcək.

Qazaxıstanla 2021-ci ilin mayında imzalanan hərbi əməkdaşlıq sazişinin maddələrindən biri “kəşfiyyat və hücum PUA-larında taktika və təcrübə mübadiləsi” olaraq qeyd edilib.

Nəşr “Anka”nın tədarükü üçün digər ölkələrlə də danışıqların davam etdiyini, bəzilərinin isə son mərhələdə olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qazaxıstan   Anka  


KİV: Türkiyə Qazaxıstana “Anka” PUA-ları ixrac edəcək

2021/11/ANKA--1636967371.jpg
Oxunub: 615     13:49     25 Noyabr 2021    
Türkiyənin TUSAŞ şirkəti “Anka” Pilotsuz Uçan Aparatı (PUA) üçün Qazaxıstanla davam edən danışıqlar nəticəsində 2021-ci ilin oktyabrında lazımi müqaviləni imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “HaberTürk” nəşri öz mənbələrinə istinadən yazıb.

Müqavilə çərçivəsində Qazaxıstan Silahlı Qüvvələrinə 3 ədəd “Anka” PUA-sı tədarük ediləcək.

Qazaxıstanla 2021-ci ilin mayında imzalanan hərbi əməkdaşlıq sazişinin maddələrindən biri “kəşfiyyat və hücum PUA-larında taktika və təcrübə mübadiləsi” olaraq qeyd edilib.

Nəşr “Anka”nın tədarükü üçün digər ölkələrlə də danışıqların davam etdiyini, bəzilərinin isə son mərhələdə olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qazaxıstan   Anka  


Bizi "telegram"da izləyin