Milyonlarla dollarlıq F-35 ucuz yağış örtüyünə görə qəzaya uğrayıb

2021/11/04FIG-1637822946.jpg
Oxunub: 1241     20:19     25 Noyabr 2021    
Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus F-35B “Lightning II” tipli döyüş təyyarəsi ötən həftə Aralıq dənizində qəzaya uğrayıb. Aviadaşıyıcıdan havaya qalxarkən qəzaya uğrayan F-35-in pilotu təyyarəni katapult oturacağı vasitəsilə tərk edib.

Ordu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, F-35-in düşmə səbəbi məlum olub.

Məlumata görə, 100 milyon funt-sterlinq dəyərində olan F-35 təyyarəsi mühərriki qoruyan ucuz plastik yağış örtüyü səbəbindən qəzaya uğrayıb. Təyyarə Aralıq dənizinə düşdükdən sonra ekipaj dəniz səthində qırmızı örtük tapıb. Texniki xidmət heyətinin qırmızı örtüyü çıxarmağı unutduğu və F-35-in mühərrikinin örtüyü “udduğu” vurğulanır.

Qəzaya uğrayan təyyarənin “Queen Elizabeth” aviadaşıyıcısına çox yaxın olduğu və təyyarəni tərk edən pilotun paraşütünün gəminin göyərtəsinə ilişdiyi bildirilir.

Qəzaya uğrayan təyyarənin STOVL (qısa müddətdə havaya qalxan və şaquli enən) konfiqurasiyasında olan F-35B olduğu bilinir. F-35B qısa uçuş-enmə zolaqlarından havaya qalxmaq üçün xüsusi olaraq hazırlanmış təyyarədir.

Park edilmiş döyüş təyyarələrində çoxlu qırmızı qoruyucu örtüklər və üzərlərində “uçuşdan əvvəl çıxarın” yazılmış örtüklər var. Bu qoruyucu örtüklər uçuşdan əvvəl yerüstü ekipajlar tərəfindən çıxarılmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   F-35  

Milyonlarla dollarlıq F-35 ucuz yağış örtüyünə görə qəzaya uğrayıb

2021/11/04FIG-1637822946.jpg
Oxunub: 1242     20:19     25 Noyabr 2021    

Bizi "telegram"da izləyin