Rusiya tanklarını qorumaq hansı tədbirləri görür? - "Javelin" və MAM ailəsi əsas təhdid kimi qəbul edilir

2021/11/FE6dm-1637822687.jpg
Oxunub: 872     17:12     25 Noyabr 2021    
Rusiya ordusu öz inventarındakı bəzi tankları havadan edilən mümkün hücumlardan qorumaq üçün həll yolları hazırlamağa çalışır. Mümkün təhlükələrə “Javelin” raketi və MAM döyüş sursatları daxildir.

Sosial mediada yayılan və ilhaq edilmiş Krımda çəkildiyi bildirilən videoda T-72B3 tankının qülləsinə qəfəsə bənzəyən zirehəbənzər strukturun quraşdırıldığı görünür.

Buna əsasən demək olar ki, Rusiyanın məqsədi bu tankları havadan edilə biləcək hücumlardan qorumaqdır. Ukraynada Rusiya tanklarına qarşı havadan edilə biləcək təhdidlər arasında Ukraynanın ABŞ-dan aldığı FGM-148 “Javelin” raketi və “Bayraktar TB2” PUA-larından atıla bilən MAM-L/C sursatları var.

FGM-148 “Javelin” raketi ən təhlükəli tank əleyhinə raketlərdən biridir. Çünki bu sistem raketi tankların və zirehli texnikanın ən zəif və ən kritik bölgələrindən biri olan üst hissəyə göndərə bilir və çox nazik zirehlərlə qarşılaşdığı üçün hədəfini deşərək məhv edə bilir. 800 mm-ə qədər zirehləri deşə bilən sistem 2,5 kilometr uçuş məsafəsinə malikdir. Sistem bir çox ölkələr tərəfindən istifadə olunur.

Tankların ən zəif sahəsi onların yuxarı hissəsidir. Bu hissədə ekipajın tanka girib-çıxması üçün lyuklar da mövcuddur.

Son zamanlar dəqiq idarə olunan döyüş sursatı və “havadan hücum” rejimi ilə idarə olunan tank əleyhinə raketlərdən istifadə edə bilən təyyarələrin geniş yayılması tankların bu sahələrinə qarşı təhlükələri artırıb.

Ukrayna Silahlı Qüvvələrinin inventarında həm MAM-L/C sursatı ilə təchiz olunmuş “Bayraktar TB2” tipli PUA, həm də “havadan hücum” rejiminə malik “Javelin” tank əleyhinə raketlər var. Rusiya da bu təhlükələrə qarşı bəzi passiv tədbirlər görür.

Zirehli quru platformalarında istifadə edilən bu passiv tədbirlə sursatın döyüş başlığının təsirini azaltmaq hədəflənir. Bu tətbiqlər qəti həll yolu olmasa da, tandem döyüş başlıqlı sursatların effektivliyini azalda biləcəyi ehtimal edilir.

Rusiya tərəfindən hazırlanmış son həllin “Javelin” raketinə qarşı nə dərəcədə effektiv olacağı çox mübahisəlidir, çünki raket zirehdeşici tandem döyüş başlığına malikdir.

Bu, rusların hazırladığı həll yolunun əslində Azərbaycan, Suriya və Liviyada tank və zirehli maşınların qatilləri kimi çox uğurla çıxış edən MAM ailəsinin sursatlarına qarşı olduğunu ortaya qoyur. Bu həllin nə dərəcədə effektiv olacağı bəlli deyil. İndiki mərhələdə bu tankların yalnız sınaq məqsədilə istifadə edildiyini söyləmək olar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Tank  

Rusiya tanklarını qorumaq hansı tədbirləri görür? - "Javelin" və MAM ailəsi əsas təhdid kimi qəbul edilir

2021/11/FE6dm-1637822687.jpg
Oxunub: 873     17:12     25 Noyabr 2021    

Bizi "telegram"da izləyin