Ehtiyata buraxılmaq istəyən erməni hərbi qulluqçulardan rüşvət tələb olunub

2019/02/vzya_-1550911955.jpg
Oxunub: 440     16:20     24 Noyabr 2021    
Ermənistan silahlı qüvvələrində tüğyan edən rüşvətxorluq və korrupsiya halları bu gün qonşu dövlətdə ən çox müzakirələrə və mübahisələrə səbəb olan mövzudur.

Ordu.az xəbər verir ki, bu günlərdə daha bir rüşvət qalmaqalı Ararat vilayətinin Armaş yaşayış məntəqəsində yerləşən hərbi hissədə baş verib. Burada xidmət edən bir neçə hərbçi tərxis olunmaq üçün komandanlığa müraciət ediblər.

Müraciətlərinə uzun müddət cavab almayan şəxslər bunun səbəbi ilə maraqlanıblar. Cavabında isə ehtiyata buraxılmaq istəyən erməni hərbçiləri Edqar Zavtilyan, Artur Volodyan, Qriqori Qriqoryandan külli miqdarda rüşvət tələb olunub.

Erməni hərbçiləri müraciətlərinə müsbət cavab verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rüşvət  


Ehtiyata buraxılmaq istəyən erməni hərbi qulluqçulardan rüşvət tələb olunub

2019/02/vzya_-1550911955.jpg
Oxunub: 441     16:20     24 Noyabr 2021    
Ermənistan silahlı qüvvələrində tüğyan edən rüşvətxorluq və korrupsiya halları bu gün qonşu dövlətdə ən çox müzakirələrə və mübahisələrə səbəb olan mövzudur.

Ordu.az xəbər verir ki, bu günlərdə daha bir rüşvət qalmaqalı Ararat vilayətinin Armaş yaşayış məntəqəsində yerləşən hərbi hissədə baş verib. Burada xidmət edən bir neçə hərbçi tərxis olunmaq üçün komandanlığa müraciət ediblər.

Müraciətlərinə uzun müddət cavab almayan şəxslər bunun səbəbi ilə maraqlanıblar. Cavabında isə ehtiyata buraxılmaq istəyən erməni hərbçiləri Edqar Zavtilyan, Artur Volodyan, Qriqori Qriqoryandan külli miqdarda rüşvət tələb olunub.

Erməni hərbçiləri müraciətlərinə müsbət cavab verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rüşvət  


Bizi "telegram"da izləyin