Ermənistanda kəşfiyyat və əks-kəşfiyyat işi bərbad vəziyyətdədir – Kyaramyan da Kutoyan kimi özünü öldürəcək?

2019/10/15544-1570702063.jpg
Oxunub: 1246     11:00     27 Noyabr 2021    
Ermənistanda mülki aviasiyadan tutmuş iqtisadiyyata, təhlükəsizliyə qədər bütün sahələrin məhv olduğu danılmazdır. Əgər bəzi sahələrin dağılması Ermənistana bir müddət öz dövlətçiliyini qoruyub saxlamağa imkan verə bilərdisə, elə sahələr var ki, onların məhvi Ermənistan üçün sadəcə olaraq minaya çevrilib. Bunlar təhlükəsizlik və müdafiə sektorlarıdır. Paşinyan hakimiyyəti dövründə Ermənistan MTX baş nazirin və onun ailə üzvlərinin təhlükəsizliyini qoruyan, onların hakimiyyətinin dönməzliyini qoruyan, baş nazirin göstərişlərini yerinə yetirən mütləq struktura çevrildi.

MTX-nin zəifləməsi Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl, “Serj dövründə” gənc Georgi Kutoyanın buraya direktor təyin olunmasından sonra başlayıb. Bu təyinat MTX elitası tərəfindən qəti şəkildə qəbul edilmədi, şübhələr yaratdı. Kutoyanın yüksək təhsilinə baxmayaraq, bu sahədəki peşəkarlar və veteranlar gənci mürəkkəb MTX sektoruna rəhbərlik etmək üçün o qədər də uyğun olmayan namizəd hesab edirdilər. Sarkisyan ildırım sürəti ilə Kutoyanı irəli itələdi. O, MTX direktoru vəzifəsinə tərcümeyi-halındakı boşluğu doldurmaq üçün 9 gün müddətinə Ermənistan Respublikası Baş prokurorunun müavini təyin edildi.

Kutoyan Böyük Britaniyada təhsil alıb. KİV-lərin məlumatına görə, onun bacısı Aida Kutoyan Londonda konsaltinq xidmətləri göstərən MMC təsis edib. 2019-cu ildə Böyük Britaniyadan olan Kutoyan qətldən təxminən bir ay əvvəl, dekabrın 9-da Ermənistana qayıdıb. Xatırladaq ki, Serj Sarkisyanın təyin etdiyi digər mühüm məmur, prezident Armen Sarkisyan “ingilis əsilli”dir ki, o, Paşinyanın təqdim etdiyi istənilən sənədi əli ilə ratifikasiya edir və hər dəfə gözləri qarşısında Ermənistan Konstitusiyası pozulur. Serj Sarkisyanın təyin etdiyi bu iki əsas məmur arasında Britaniya “kökləri”ndən başqa hansı əlaqə var idi?

Paşinyan hakimiyyətə Georgi Kutoyan MTX-nin direktoru olarkən gəlib. O, “sevgi və həmrəylik inqilabı”na mane olmadığı üçün Kutoyana təşəkkür edib. Kutoyanın müxtəlif xarici təşkilatlar tərəfindən maliyyələşdirilən bu hakimiyyət dəyişikliyinin qarşısını niyə almadığı məlum deyil. Kutoyanın bir çox suallara cavab verməyə vaxtı olmayıb. Onun cəsədi evində tapılıb, güllələnib və ya öldürülüb. Kutoyan özü ilə bir çox sirləri götürdü, onların açılması çox güman ki, bir çoxlarını ifşa edərdi.

Beləliklə, Paşinyan dövründə Ermənistan MTX-nin ən mühüm strukturunun 5 rəhbəri olub. Kutoyanı Artur Vanetsyan əvəzlədi, o, əvvəlcə Paşinyanın balanssız tapşırığına həvəslə əməl edərək rəqiblərini asfaltlara, divarlara döşədi, lakin bir müddət sonar onlar sərbəst buraxıldı. Vanetsyan Paşinyana ayıq-sayıq “dayan” çağırışı ilə səslənən və könüllü istefa verən ilk məmur olub. O, ölkəni təhdid edən təhlükələrdən danışan ilk məmur olub. Paşinyanın komandası Vanetsyanı xain adlandırırlar.

MTX-yə qeyri-ciddi münasibət növbəti rəhbər Eduard Martirosyanın dövründə də davam edib. Paşinyan hökumətin iclasında ona şeytan ovlamağı və yanacaqdoldurma məntəqələrinin kassa çeklərini yoxlamağı tapşırıb. Təbii ki, bu absurd göstərişləri MTX yerinə yetirə bilməzdi. Martirosyan da istefa verib. Və nəhayət, Serj Sarkisyanın gənc Georgi Kutoyanı hazırladığı kimi Paşinyan da MTX-yə gənc Argişti Kyaramyanı direktor təyin etdi. Paşinyan hakimiyyətə gəldikdən sonra Kyaramyan irəliyə doğru sıçrayış edir, çox qısa müddətə ən yüksək vəzifələrə təyin olunur, hətta bir gündə iki vəzifə dəyişir. Onun təyinatı Ermənistan MTX-də qəzəb doğurdu, bir çox sistem mütəxəssisi sistemi tərk etdi. Gənc Kyaramyanın MTX-dəki mühüm missiyası nə idi? 44 günlük müharibə başlayanda Kyaramyan Milli Təhlükəsizlik Xidmətinin direktoru idi. MTX kəşfiyyatının və əks-kəşfiyyatının müharibədən əvvəl nə işlə məşğul olduğu bilinmir, onların yaxınlaşan müharibədən xəbərləri var idimi? Əgər bilirdilərsə, niyə Ermənistan Müdafiə naziri David Tonoyan müharibənin ilk günündə Ermənistanda yox idi?

Müharibə zamanı Kyaramyan MTX direktoru vəzifəsindən istefa verdi və anlaşılmaz “son dərəcə vacib” məsələlərlə bağlı Qarabağa gəldi. Erməni siyasi dairələri onun Qarabağda nə işi olduğu ilə bağlı aramsız suallar verirdilər. O, Şuşanın işğaldan azad edilməsindən bir gün əvvəl niyə və necə qayıdıb? Bundan sonra Qarabağdakı bankdan pullar hara yoxa çıxdı? Bu suallar müxtəlif erməni siyasi dairələr tərəfindən dəfələrlə qaldırılıb. Hər halda Kyaramyan MTX-dəki missiyasını başa vurdu. Bundan sonra bir neçə gün Mikayel Hambardzumyan, daha sonra Armen Abazyan vəzifəsinin icrasına başlayıb. Beləliklə, Ermənistan MTX-dən nəyin qaldığı, daha dəqiq desək, nəyin qalmadığı bəllidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Böhran  

Ermənistanda kəşfiyyat və əks-kəşfiyyat işi bərbad vəziyyətdədir – Kyaramyan da Kutoyan kimi özünü öldürəcək?

2019/10/15544-1570702063.jpg
Oxunub: 1247     11:00     27 Noyabr 2021    

Bizi "telegram"da izləyin