Paşinyan hər şeyi ordu, keçmiş və ruslar üzərində cəmləşdirir – Media manipulyasiyası

2021/08/dasee-1628072857.jpg
Oxunub: 955     16:27     24 Noyabr 2021    
Dünən, Ermənistan Baş naziri Nikol Paşinyanın media və QHT-lərin suallarını cavablandırdığı iddia edilən mətbuat konfransı məzmun baxımından biabırçılıq idi. Bir vaxtlar bir neçə saatlıq mətbuat konfransının Rusiya prezidenti Putinin mətbuat konfransının bir neçə yüz sualı ilə müqayisə oluna biləcəyi ilə öyünən, bu gün “Facebook Live” adı altında gizlənən şəxs əvvəlcədən hazırlanmış söhbəti “Facebook”da yayımlayırdı. Keçmiş baş redaktorun mətbuat konfransında yalnız bir gənc jurnalist iştirak edirdi. O da yalnız öncədən seçilmiş və süzgəcdən keçirilmiş sualları oxuyub, lakin bütün mətbuat konfransı boyu nəsə deməyə cəsarəti çatmadı.

Ermənistana rəhbərlik edən şəxsin cəsarəti çatmırdı ki, bir neçə jurnalistlə üzbəüz ünsiyyət qurub, dediklərini çatdırmaq üçün onların gözlərinə baxsın. Dünən onun “Facebook” səhifəsinin şərh bölməsi bağlı olub və insanların münasibət bildirmək imkanı belə olmayıb.

Ermənistanın heç bir lideri ictimaiyyətlə bu cür ünsiyyət qurmayıb, bu, özünü biabır etməyin ən yüksək səviyyəsi idi.

Lakin bu sərt ssenari planı ilə təşkil edilən bu teatrlaşdırılmış mətbuat konfransında da Paşinyan daha çox yalanları və özünü inkar edən bəyanatlar səsləndirdi.

Məsələn, Paşinyan bəyan edib ki, əvvəllər Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında heç vaxt əlaqə olmayıb. Bu, tamamilə yalandır, çünki əvvəllər əlaqə olub, daha çox görüşlər olub, hətta bu barədə rəsmi açıqlamalar da verilib. Paşinyan vəziyyətə nəzarət edə bilmədiyindən üzündə çox ciddi bir ifadə ilə yalan danışırdı.

Paşinyan KTMT-dən çıxmaq məsələsinə də toxunub.

Onun sözlərinə görə, KTMT Rusiya ilə strateji münasibətlər üçün çox güclü kanal və platformadır. Eyni zamanda, bu yaxınlarda KTMT-yə üzv olan bəzi dövlətlər Türkiyə və Azərbaycanla Türk Dünyası Bəyannaməsini imzaladılar və bu, konteksə təsir edən bir reallıqdır.

Onun sözlərinə görə, Rusiya Ermənistanın strateji tərəfdaşıdır və o, Rusiya ilə tərəfdaşlığı əvəzolunmaz hesab edir:

“Mən Rusiyanın Ermənistanın təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirirəm. Onu da bildirməliyik ki, Ermənistanın strateji müttəfiqi olan Rusiya Azərbaycanın düşməni deyil. Rusiya Azərbaycan üçün dost və müttəfiq ölkədir və buna görə də Rusiya güc yolu ilə heç bir həll yolu tapmağa çalışmır”.

Paşinyanın strateji tərəfdaşlıq və dövlətlərarası müqavilələr haqqında fikirləri erməni dairələrində çox təhlükəli hesab edilib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Məğlubiyyət  

Paşinyan hər şeyi ordu, keçmiş və ruslar üzərində cəmləşdirir – Media manipulyasiyası

2021/08/dasee-1628072857.jpg
Oxunub: 957     16:27     24 Noyabr 2021    

Bizi "telegram"da izləyin