“Joğovurd”: İlin sonuna qədər iki görüş - nə gözlənilir?

2021/01/16103-1610379740.jpg
Oxunub: 622     17:50     24 Noyabr 2021    
Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Kremlin yaydığı açıqlamaya görə, görüşdə noyabrın 9-da və yanvarın 11-də əldə edilmiş razılaşmaların icrasını müzakirə etmək və həmçinin gələcək addımları müəyyənləşdirmək planlaşdırılır.

Bildirilib ki, Rusiya Prezidentinin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə də ikitərəfli formatda görüşləri olacaq.

“Soçi görüşündən sonra İlham Əliyev və Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı sammiti çərçivəsində növbəti görüşü keçirəcəklər. Qeyd edək ki, mətbuatın məlumatına görə, üçtərəfli görüş sənədlərin imzalanması ilə noyabrın 9-na planlaşdırılmışdı. Məlumatın sızmasından sonra Kreml sözçüsü tərəflərin razılaşacağı təqdirdə üçtərəfli görüşün baş tutacağını açıqlayıb, eyni zamanda substantiv nəticənin şərtinə də eyham vurub. Bu, məhz sənəd idi. KİV-in məlumatlarına görə, Nikol Paşinyan demarkasiya sənədini imzalamaqdan imtina etmişdi. Rus analitik Stanislav Tarasov belə görüşləri təbii hesab edib, çünki, onun fikrincə, bu görüşlərə ehtiyac yetişib. O, hazırda delimitasiya və demarkasiya prosesi həyata keçirməyi prioritet hesab edir və Ermənistan tərəfinin Rusiya tərəfinin təklifi ilə buna razılıq verməsini alqışlayır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Rusiya   Ermənistan   Görüş  

“Joğovurd”: İlin sonuna qədər iki görüş - nə gözlənilir?

2021/01/16103-1610379740.jpg
Oxunub: 623     17:50     24 Noyabr 2021    

Bizi "telegram"da izləyin