“Hraparak”: Mişustin Ermənistanın sərhədlərini “caz”la müəyyən edəcək

2021/11/sd45f-1637749349.jpg
Oxunub: 407     10:59     25 Noyabr 2021    
Mətbuatın məlumatına görə, noyabrın 18-20-də Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində İrəvanda olan Rusiya Baş naziri gecəni erməni caz mühitində, “Malxas” caz klubunda keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, həmin gün İrəvanın mərkəzində nəqliyyatın hərəkəti bir neçə saat iflic olub, Ermənistana gələn Baş nazirlər Paşinyanla Tumanyan küçəsindəki “Malxas” klubunda olublar, buna görə də küçələr bağlanıb.

“Lakin öyrəndik ki, caz gecəsində Nikol Paşinyan iştirak etməyib. Cazmen Levon Malxasyan bunu təsdiqləyib və deyib ki, Rusiya, Qazaxıstan və Belarus Baş nazirləri öz müşayiətçiləri, o cümlədən cangüdənləri ilə orada olublar. Cangüdənlər klubun ikinci mərtəbəsinə, baş nazirlər birinci mərtəbəsinə yerləşdirilib. Axşam kifayət qədər səmimi atmosferdə keçib. Erməni köklü Mişustin cazmenlə təmiz ermənicə danışıb, sonra onunla xatirə şəkli çəkdirib. Malxas Rusiya baş nazirinin ermənicəsinə təəccübləndiyini gizlətməyib. Rəqs etməzdən öncə iştirakçılardan biri belə bir zarafat edib: “Sizin sərhədləriniz məsələsi indi Malxasın necə ifa edəcəyindən asılıdır”. Baş nazirlər Malxasın çıxışına heyran qalıblar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Mişustin  

“Hraparak”: Mişustin Ermənistanın sərhədlərini “caz”la müəyyən edəcək

2021/11/sd45f-1637749349.jpg
Oxunub: 409     10:59     25 Noyabr 2021    

Bizi "telegram"da izləyin