“Regnum”: İlham Əliyev və Nikol Paşinyan Belçikanın paytaxtında konkret nəyi müzakirə edəcəklər?

2021/10/image-1633775889.jpg
Oxunub: 542     15:18     24 Noyabr 2021    
Avropa Şurasının onun rəhbəri Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə telefon danışıqları zamanı dekabrda baş tutacaq Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sammiti zamanı Brüsseldə şəxsi görüşlə bağlı razılıq əldə etdiyinə dair bəyanatı ilk yanaşma ilə sensasiya kimi qəbul edilir.

Ordu.az xəbər verir ki, bu barədə “regnum.ru” nəşrində dərc olunan “İlham Əliyev və Nikol Paşinyan dialoqu Qərbə köçürürlər: niyə və nə üçün?” başlıq məqalədə qeyd olunub.

Müəllifin sözlərinə görə, hər şey alınsa, bu, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan liderlərinin üçüncü üz-üzə görüşü olacaq.

“Əvvəlki ikisi Rusiyanın təşəbbüsü ilə təşkil edilmişdi və Moskvada keçirilmişdi. Burada intriqa ondan ibarətdir ki, görünür, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da üçtərəfli sülh sazişinin imzalanmasının ildönümünə təsadüf etməli olan üçüncü görüş Moskvada hazırlanırdı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı nə təsdiq, nə də təkzib edib. Buradan da sual yaranır ki, İlham Əliyev və Nikol Paşinyan Belçikanın paytaxtında konkret nəyi müzakirə edəcəklər?”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


“Regnum”: İlham Əliyev və Nikol Paşinyan Belçikanın paytaxtında konkret nəyi müzakirə edəcəklər?

2021/10/image-1633775889.jpg
Oxunub: 544     15:18     24 Noyabr 2021    
Avropa Şurasının onun rəhbəri Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə telefon danışıqları zamanı dekabrda baş tutacaq Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sammiti zamanı Brüsseldə şəxsi görüşlə bağlı razılıq əldə etdiyinə dair bəyanatı ilk yanaşma ilə sensasiya kimi qəbul edilir.

Ordu.az xəbər verir ki, bu barədə “regnum.ru” nəşrində dərc olunan “İlham Əliyev və Nikol Paşinyan dialoqu Qərbə köçürürlər: niyə və nə üçün?” başlıq məqalədə qeyd olunub.

Müəllifin sözlərinə görə, hər şey alınsa, bu, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan liderlərinin üçüncü üz-üzə görüşü olacaq.

“Əvvəlki ikisi Rusiyanın təşəbbüsü ilə təşkil edilmişdi və Moskvada keçirilmişdi. Burada intriqa ondan ibarətdir ki, görünür, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da üçtərəfli sülh sazişinin imzalanmasının ildönümünə təsadüf etməli olan üçüncü görüş Moskvada hazırlanırdı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı nə təsdiq, nə də təkzib edib. Buradan da sual yaranır ki, İlham Əliyev və Nikol Paşinyan Belçikanın paytaxtında konkret nəyi müzakirə edəcəklər?”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin