Ermənistanda “Dro” terrorçusu azadlığa buraxılıb

2021/11/timth-1637749196.jpg
Oxunub: 522     14:48     24 Noyabr 2021    
Ermənistanda məhkəmə qərarı ilə “Dro” terror qruplaşması işi üzrə ömürlük həbs cəzasına məhkum edilmiş Arsen Artsruni şərti azadlığa buraxılıb.

Ordu.az xəbər verir ki, Ermənistan Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyan məlumatı təsdiqləyib.

Qərar İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Davit Harutyunyan tərəfindən qəbul edilib.

Qeyd edək ki, Arsen Artsruni təxminən 28 il idi həbsdə idi. O, cəzasını “Vardaşen” cəzaçəkmə müəssisəsində çəkirdi.

Arsen Artsruni 1994-cü ilin dekabrında “Dro işi” çərçivəsində qətllər sifariş vermək ittihamı ilə həbs edilib, 1996-cı ilin dekabrında isə ölüm cəzasına məhkum edilib. 2003-cü ildə Ermənistan prezidenti Robert Köçəryan tərəfindən ölüm cəzası ömürlük həbs cəzası əvəz edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Terror  


Ermənistanda “Dro” terrorçusu azadlığa buraxılıb

2021/11/timth-1637749196.jpg
Oxunub: 524     14:48     24 Noyabr 2021    
Ermənistanda məhkəmə qərarı ilə “Dro” terror qruplaşması işi üzrə ömürlük həbs cəzasına məhkum edilmiş Arsen Artsruni şərti azadlığa buraxılıb.

Ordu.az xəbər verir ki, Ermənistan Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyan məlumatı təsdiqləyib.

Qərar İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Davit Harutyunyan tərəfindən qəbul edilib.

Qeyd edək ki, Arsen Artsruni təxminən 28 il idi həbsdə idi. O, cəzasını “Vardaşen” cəzaçəkmə müəssisəsində çəkirdi.

Arsen Artsruni 1994-cü ilin dekabrında “Dro işi” çərçivəsində qətllər sifariş vermək ittihamı ilə həbs edilib, 1996-cı ilin dekabrında isə ölüm cəzasına məhkum edilib. 2003-cü ildə Ermənistan prezidenti Robert Köçəryan tərəfindən ölüm cəzası ömürlük həbs cəzası əvəz edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Terror  


Bizi "telegram"da izləyin