“Sammit iştirakçıları bir-biri ilə ünsiyyət quracaqlar və qeyri-rəsmi dialoq da mümkündür” - Tarasov

2021/10/66664-1634287461.jpg
Oxunub: 584     16:35     24 Noyabr 2021    
“İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, Prezident İbrahim Rəisi noyabrın 28-də Düşənbədə baş tutacaq İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycanlı həmkarı İlham Əliyev ilə ilk görüşünü keçirə bilər”.

Ordu.az xəbər verir ki, bunu öz məqaləsində rusiyalı qafqazşünas, politoloq, “Regnum” agentliyinin redaktoru Stanislav Tarasov yazıb.

Onun sözlərinə görə, Xətibzadə bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana etdiyi səfər fonunda bildirib.

Tarasov qeyd edib ki, Tehrana səfər edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ərdoğanın dekabrda İrana mümkün səfəri barədə məlumat verib.

Rusiyalı qafqazşünas İlham Əliyev-İbrahim rəisi münasibətlərinə toxunaraq siyasi kontekstlə bağlı bəzi protokol nüanslarını vurğulayıb.

Xətibzadə qeyd edib ki, zirvə görüşləri çərçivəsində ikitərəfli görüşlər iki ölkə liderləri üçün təbiidir.

Politoloq qeyd edib ki, sammit iştirakçıları bir-biri ilə ünsiyyət quracaqlar və qeyri-rəsmi dialoq da mümkündür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tarasov   Azərbaycan   İran  


“Sammit iştirakçıları bir-biri ilə ünsiyyət quracaqlar və qeyri-rəsmi dialoq da mümkündür” - Tarasov

2021/10/66664-1634287461.jpg
Oxunub: 585     16:35     24 Noyabr 2021    
“İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, Prezident İbrahim Rəisi noyabrın 28-də Düşənbədə baş tutacaq İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycanlı həmkarı İlham Əliyev ilə ilk görüşünü keçirə bilər”.

Ordu.az xəbər verir ki, bunu öz məqaləsində rusiyalı qafqazşünas, politoloq, “Regnum” agentliyinin redaktoru Stanislav Tarasov yazıb.

Onun sözlərinə görə, Xətibzadə bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana etdiyi səfər fonunda bildirib.

Tarasov qeyd edib ki, Tehrana səfər edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ərdoğanın dekabrda İrana mümkün səfəri barədə məlumat verib.

Rusiyalı qafqazşünas İlham Əliyev-İbrahim rəisi münasibətlərinə toxunaraq siyasi kontekstlə bağlı bəzi protokol nüanslarını vurğulayıb.

Xətibzadə qeyd edib ki, zirvə görüşləri çərçivəsində ikitərəfli görüşlər iki ölkə liderləri üçün təbiidir.

Politoloq qeyd edib ki, sammit iştirakçıları bir-biri ilə ünsiyyət quracaqlar və qeyri-rəsmi dialoq da mümkündür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tarasov   Azərbaycan   İran  


Bizi "telegram"da izləyin