ABŞ ordusu əlavə “Stryker” zirehli maşınlarına quraşdırılmış lazer silahı prototipləri almaq istəyir

2021/11/US_Ar-1637738079.jpg
Oxunub: 507     16:04     25 Noyabr 2021    
ABŞ ordusu 2023 və 2024-cü maliyyə illəri ərzində təhvil verilə biləcək əlavə “Stryker” zirehli maşınlarına quraşdırılmış 50 kilovatlıq lazer prototipləri ala bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Military & Aerospace Electronics” nəşri yazıb.

Sentaybr ayında bildirilib ki, ABŞ Ordusu “Stryker” zirehli maşınlarına quraşdırılmış 3 ədəd 50 kilovatlıq yüksək enerjili lazer silahını tədarük etmələri üçün “Kord Technologies”, “McKinney”, “Raytheon” şirkətləri ilə 123,9 milyon dollarlıq müqavilə imzalayıb.

Amerikanın “Kord Technologies” şirkəti müqavilə üzrə əsas şirkətdir, aparıcı inteqratordur və enerjinin idarə edilməsi və soyutma sistemini təmin edir.

“Kord” lazer silah sistemi prototipini “Stryker” döyüş maşınına inteqrasiya edəcək və çatdırma fəaliyyətini yerinə yetirəcək.

2021-ci ilin avqustunda ABŞ Ordusu yeni istiqamətləndirilmiş enerji qabiliyyətinin müvəffəqiyyətlə qiymətləndirilməsini elan edib və bu, 2022-ci ildə lazerlə təchiz olunmuş 4 “Stryker” döyüş maşını prototipindən ibarət bölməni işə salmağa bir addım yaxınlaşdırıb.

8x8 təkər formuluna malik “Stryker” döyüş maşınına quraşdırılan lazer silahları PUA-ları, minaatan və artilleriya mərmilərini zərərsizləşdirmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Stryker  


ABŞ ordusu əlavə “Stryker” zirehli maşınlarına quraşdırılmış lazer silahı prototipləri almaq istəyir

2021/11/US_Ar-1637738079.jpg
Oxunub: 508     16:04     25 Noyabr 2021    
ABŞ ordusu 2023 və 2024-cü maliyyə illəri ərzində təhvil verilə biləcək əlavə “Stryker” zirehli maşınlarına quraşdırılmış 50 kilovatlıq lazer prototipləri ala bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Military & Aerospace Electronics” nəşri yazıb.

Sentaybr ayında bildirilib ki, ABŞ Ordusu “Stryker” zirehli maşınlarına quraşdırılmış 3 ədəd 50 kilovatlıq yüksək enerjili lazer silahını tədarük etmələri üçün “Kord Technologies”, “McKinney”, “Raytheon” şirkətləri ilə 123,9 milyon dollarlıq müqavilə imzalayıb.

Amerikanın “Kord Technologies” şirkəti müqavilə üzrə əsas şirkətdir, aparıcı inteqratordur və enerjinin idarə edilməsi və soyutma sistemini təmin edir.

“Kord” lazer silah sistemi prototipini “Stryker” döyüş maşınına inteqrasiya edəcək və çatdırma fəaliyyətini yerinə yetirəcək.

2021-ci ilin avqustunda ABŞ Ordusu yeni istiqamətləndirilmiş enerji qabiliyyətinin müvəffəqiyyətlə qiymətləndirilməsini elan edib və bu, 2022-ci ildə lazerlə təchiz olunmuş 4 “Stryker” döyüş maşını prototipindən ibarət bölməni işə salmağa bir addım yaxınlaşdırıb.

8x8 təkər formuluna malik “Stryker” döyüş maşınına quraşdırılan lazer silahları PUA-ları, minaatan və artilleriya mərmilərini zərərsizləşdirmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Stryker  


Bizi "telegram"da izləyin