Fransa İndoneziyaya “Rafale” reaktiv təyyarəsi satmaq istəyir

2021/09/yunan-1631515622.jpg
Oxunub: 1121     12:43     27 Noyabr 2021    
Avstraliya, ABŞ və İngiltərə arasında AUKUS kimi tanınan yeni üçtərəfli təhlükəsizlik paktının imzalanmasında sonra Fransa İndoneziyaya səfər edərək Hind-Sakit okean regionunda daha dərin əlaqələri möhkəmləndirməyə çalışacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Avstraliya çox milyard dollarlıq Fransa sualtı qayıqları əvəzinə ABŞ və Britaniya texnologiyaları ilə nüvə enerjisi ilə işləyən sualtı qayıqların inşa edilməsinə razı olduqdan sonra Paris müttəfiqlərini onu kürəyindən bıçaqlamaqda günahlandırıb.

Kanberra bölgədə Çin təhlükəsi ilə mübarizə aparmaq üçtərəfli ittifaqın (AUKUS) qurulmasına razılıq verib.

Fransanın Avstraliya ilə 2016-cı ildən bəri davam edən tərəfdaşlığı Hind-Sakit okean siyasətinin təməl daşı hesab olunurdu və bu müqaviləni itirdikdən sonra Paris Yaponiyadan Hindistan və Vyetnama qədər yüksək səviyyəli görüşlərlə bölgədəki əlaqələrini gücləndirməyə çalışır.

Bu münasibətlərin inkişafının açarı daha sıx hərbi əməkdaşlıq olacaq. İndoneziya mübahisəli Cənubi Çin dənizində Çinlə davam edən gərginlik fonunda sualtı qayıqlar, döyüş təyyarələri və hərbi gəmilərin mümkün alışı da daxil olmaqla, müdafiə imkanlarını artırmaq istəyir.

Fransa bir neçə aydır ki, Cakarta ilə 36 ədəd “Rafale” qırıcısının satışı ilə bağlı danışıqlar aparır. Tərəflər, rəsmilərin maliyyə məsələlərinə görə ilin sonuna qədər sazişin razılaşdırılacağını gözləməməsinə baxmayaraq, iyun ayında niyyət məktubu imzalayıb.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   İndoneziya  

Fransa İndoneziyaya “Rafale” reaktiv təyyarəsi satmaq istəyir

2021/09/yunan-1631515622.jpg
Oxunub: 1122     12:43     27 Noyabr 2021    

Bizi "telegram"da izləyin