F-35 qırıcılarına yeni nəsil ağıllı döyüş sursatları inteqrasiya ediləcək

2021/11/gbu-1637737852.jpg
Oxunub: 633     17:19     24 Noyabr 2021    
Dünyanın ən böyük müdafiə sənayesi şirkətlərindən biri olan “Raytheon” GBU-53/B “StormBreaker” bombasını F-35 qırıcısına inteqrasiya etməyə və rəsmi olaraq sınaqdan keçirməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət bildirib ki, F-35-dən ilk dəfə “StormBreaker” sursatının sınağı bu yaxınlarda həyata keçirilib.

“StormBreaker” adi rejimdə infraqırmızı və millimetr dalğa radarından istifadə edən inqilabi üç rejimli axtarış başlığına malikdir. Bomba, həmçinin hədəfləri vurmaq üçün yarımaktiv lazer və ya GPS-dən istifadə edə bilər.

Məlumata görə, “StormBreaker” ağıllı bombası ən pis hava şəraitində belə hərəkət edən hədəfləri vurmaqla operatorlara döyüşdə üstünlük verir. Qanadlı döyüş sursatları qaranlıq, pis hava, tüstü və ya helikopterlər tərəfindən qaldırılan tozun səbəb olduğu zəif görünmə vəziyyətlərində hərəkət edən hədəfləri avtonom şəkildə aşkar edir və təsnif edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   Bomba  


F-35 qırıcılarına yeni nəsil ağıllı döyüş sursatları inteqrasiya ediləcək

2021/11/gbu-1637737852.jpg
Oxunub: 635     17:19     24 Noyabr 2021    
Dünyanın ən böyük müdafiə sənayesi şirkətlərindən biri olan “Raytheon” GBU-53/B “StormBreaker” bombasını F-35 qırıcısına inteqrasiya etməyə və rəsmi olaraq sınaqdan keçirməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət bildirib ki, F-35-dən ilk dəfə “StormBreaker” sursatının sınağı bu yaxınlarda həyata keçirilib.

“StormBreaker” adi rejimdə infraqırmızı və millimetr dalğa radarından istifadə edən inqilabi üç rejimli axtarış başlığına malikdir. Bomba, həmçinin hədəfləri vurmaq üçün yarımaktiv lazer və ya GPS-dən istifadə edə bilər.

Məlumata görə, “StormBreaker” ağıllı bombası ən pis hava şəraitində belə hərəkət edən hədəfləri vurmaqla operatorlara döyüşdə üstünlük verir. Qanadlı döyüş sursatları qaranlıq, pis hava, tüstü və ya helikopterlər tərəfindən qaldırılan tozun səbəb olduğu zəif görünmə vəziyyətlərində hərəkət edən hədəfləri avtonom şəkildə aşkar edir və təsnif edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   Bomba  


Bizi "telegram"da izləyin