Türkiyədə insansız platformalar üçün olduqca yüngül torpedolar hazırlana bilər

2021/11/cok-h-1637737702.jpg
Oxunub: 521     15:48     24 Noyabr 2021    
Türkiyənin 3 ən böyük araşdırma və inkişaf (R/D) təşkilatı arasında yer alan ROKETSAN insansız hava və dəniz platformaları üçün olduqca yüngül torpedolar hazırlanmasını zərurət hesab edir.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin sualtı sistemləri üzrə layihə meneceri Levent Çomoğlu danışıb.

ROKETSAN dəniz platformalarında istifadə edilən torpedoların milliləşdirilməsi üçün AKYA və ORKA layihələrini həyata keçirir.

AKYA ağır torpedolarının bu il Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarına daxil olması planlaşdırılır. Layihəsi Müdafiə Sənayesi Komitəsi tərəfindən keçən il başlayan ORKA sinifinə məxsus yüngül torpedonun 2023-cü ildə istifadəyə verilməsi gözlənilir.

“PUA-ların və insansız dəniz platformalarının sualtı qayıqlara qarşı müharibə (DSH) fəaliyyətlərinə inteqrasiya ediləcəyi gözlənilir. İnsansız platformaların qabiliyyətindən daha yüksək səviyyədə faydalanmaq üçün çox yüngül torpedo sistemlərinin istifadəsinə ehtiyacın yaranacağı nəzərdə tutulur. Atış platformalarının çoxlu sayda, çox yüngül sinfə məxsus torpedoları daşıya bilməsi bu sistemləri dəfələrlə istifadə etməyə imkan verir.

Çox yüngül sinif torpedolar koordinasiyalı şəkildə hücum etmək qabiliyyətinə malik daha ağıllı silah sistemləri kimi hazırlana bilər. Bu yolla, birdən çox növ hədəfi fəaliyyətsiz hala gətirmək mümkün olacaq”, - deyə şirkət rəsmisi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   ROKETSAN  

Türkiyədə insansız platformalar üçün olduqca yüngül torpedolar hazırlana bilər

2021/11/cok-h-1637737702.jpg
Oxunub: 523     15:48     24 Noyabr 2021    

Bizi "telegram"da izləyin