ASELSAN 66 milyon avroluq radar və sərhəd təhlükəsizliyi sistemləri ixrac edib

2021/11/ASELS-1637737657.jpg
Oxunub: 598     14:55     24 Noyabr 2021    
Türkiyənin müdafiə sənayesinin ən böyük şirkəti olan ASELSAN daha bir ölkə ilə ixrac müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkət İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verib.

Müqavilənin ümumi dəyəri 66 milyon 750 min avrodur. Sistemlərin çatdırılması gələn ildən başlayacaq.

Açıqlamada bildirilir ki, sözügedən müqavilə çərçivəsində tədarüklər 2022-2024-cü illərdə həyata keçiriləcək və şirkətin dövriyyəsinə müsbət təsir edəcək.

Sistemlərin hansı ölkəyə ixrac edilməsi barədə məlumat verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


ASELSAN 66 milyon avroluq radar və sərhəd təhlükəsizliyi sistemləri ixrac edib

2021/11/ASELS-1637737657.jpg
Oxunub: 599     14:55     24 Noyabr 2021    
Türkiyənin müdafiə sənayesinin ən böyük şirkəti olan ASELSAN daha bir ölkə ilə ixrac müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkət İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verib.

Müqavilənin ümumi dəyəri 66 milyon 750 min avrodur. Sistemlərin çatdırılması gələn ildən başlayacaq.

Açıqlamada bildirilir ki, sözügedən müqavilə çərçivəsində tədarüklər 2022-2024-cü illərdə həyata keçiriləcək və şirkətin dövriyyəsinə müsbət təsir edəcək.

Sistemlərin hansı ölkəyə ixrac edilməsi barədə məlumat verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin