Avropanın iki döyüş təyyarəsi proqramı birləşdirilir

2021/11/Tempe-1637737622.jpg
Oxunub: 624     16:56     24 Noyabr 2021    
Yeni döyüş təyyarələrinin istehsalı üçün nəzərdə tutulmuş Avropanın iki proqramı – “Tempset” və FCAS (Future Combat Air System) layihələri birləşəcək.

Ordu.az xəbər verir ki, bu barədə İtaliya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi eneral Luka Qoretti məlumat yayıb.

Avropa İttifaqı üzvlərinin bəzi ölkələrin NATO ilə olan əlaqələri zəiflətmədən müdafiə sahəsində daha sıx əməkdaşlığı düşündüyü bir vaxtda Qoretti Romanın NATO ilə Avropa arasında körpü rolunu oynaya biləcəyini deyib.

“İtaliya “Tempest” proqramına qoşulub, çünki onun FCAS proqramından daha böyük rol oynaya biləcəyini hiss edib”, - deyə general bildirib.

Goretti qeyd edib ki, hazırda “konseptual mərhələdə” olan iki proqramla ilkin dövrdə hər bir ölkənin texnologiya variantlarını qiymətləndirməsi normaldır.

“Lakin bu iki reallığın birində birləşəcəyi təbiidir, çünki iki ekvivalent proqrama böyük maliyyə resurslarının yatırılması ağlasığmazdır”, - deyə Qoretti parlamentin müdafiə komitələrinin üzvlərinə deyib.

“BAE Systems”, “Rolls-Royce”, Avropanın raket istehsalçısı olan MBDA və “Leonardo” şirkətlərinin iştirak etdiyi “Tempest” layihəsinin büdcəsi 2 milyard dollardır.

Britaniya 2040-cı ildən “Eurofighter Typhoon” təyyarələrini əvəz etmək məqsədi ilə “Tempest” üzərində çalışarkən, Fransa, Almaniya və İspaniya Fransanın “Rafale”, Almaniyanın və İspaniyanın “Eurofighter”lərini əvəz etmək üçün FCAS layihəsi üzərində işləyirlər.

Avropalı hərbi və sənaye rəsmiləri qitənin məhdud büdcələri birləşdirmək və rəqabətin keçmişdəki zərərli təsirlərini təkrarlamamaq üçün bir proqramla nəticələnəcəyini düşürdülər.

Lakin ekspertlər xəbərdarlıq ediblər ki, şirkətlər mövcud proqramlardakı mövqelərini möhkəmləndirdikcə bu cür layihələrin birləşdirilməsi ilə bağlı istənilən razılaşmanın imzalanması olduqca problemlidir.

Avstraliya, ABŞ və Britaniya arasında AUKUS kimi tanınan yeni üçtərəfli təhlükəsizlik paktı müdafiə layihələrində əhəmiyyətli əməkdaşlıq üçün növbəti maneə kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tempset   FCAS   Avropa  

Avropanın iki döyüş təyyarəsi proqramı birləşdirilir

2021/11/Tempe-1637737622.jpg
Oxunub: 626     16:56     24 Noyabr 2021    

Bizi "telegram"da izləyin