ABŞ “Aegis Ashore” RƏM sistemlərini gələn ilin sonunadək Polşada yerləşdirəcək

2021/06/Aegis-1624431091.jpg
Oxunub: 761     11:11     24 Noyabr 2021    
ABŞ Müdafiə Nazirliyi Polşa üçün planlaşdırılan “Aegis Ashore” Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin gələn ilin sonuna qədər istifadəyə veriləcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda deyilir.

“Aegis” sistemi əvvəlcə daxil olan düşmən hədəflərini izləmək və məhv etmək üçün gəmi sistemi kimi nəzərdə tutulmuşdu, lakin indi sistem “Aegis Ashore” kimi quruda istifadə edilir.

“Aegis Ashore” sistemi Buxarestdən təxminən 90 mil məsafədə, Rumıniyanın Deveselu şəhərində istismar olunur. NATO-nun nəzarətində olan ərazi artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərir.

Baltik dənizi yaxınlığında, Polşanın Redzikovo şəhərində də Rumıniyadakı kimi bir sahə planlaşdırılır. Lakin bu sahə tikinti ilə bağlı problemlərə görə gecikib, sahənin gələn ilin sonuna qədər istismara verilməsi üçün səylər davam etdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polşa  


Bizi "telegram"da izləyin