"44 günlük Vətən müharibəsinin hər anı zəfər dolu tarixdir" - Naxçıvandan REPORTAJ (FOTOLAR)

2021/11/6cc9f-1637577459.jpg
Oxunub: 562     14:57     26 Noyabr 2021    
Media nümayəndələri olaraq yenə yol üstündəyik. Bu dəfə daha geniş heyətlə və fərqli istiqamətdə yola çıxmışıq. Naxçıvan şəhərindən uzaqlaşdıqca havanın soyuduğunu hiss edirik. Qışı ilk olaraq dağlar qarşılayır axı. Qış da bəyaz örpəyini yorğan kimi dağların üstünə çəkir. Əsl rəssam fırçasını işə salacaq mənzərədir. Ucqar dağ kəndlərində artıq qaz sobaları yandırılır. Yazı-yayı əkib-becərməklə, payızı yığmaqla məşğul olan kəndlinin qış üçün hər bir azuqəsi hazırdır, istilik də ki, öz yerində. Qışın qəfil qonaq kimi gəlişinə artıq alışıb onlar. Kənd mənzərələrini geridə qoyub dolanbac yollarla dağların qoynu ilə irəliləyirik. Yer palçıq olduğundan bəzi yerlərdə avtobusun sükanı sürücünün sözünə baxmır. Amma sürücü də naşı deyil, sükanı özünə "tabe etməyi" bacarır. Nəhayət, mənzil başına çatırıq. Avtobusdan düşən kimi soyuq və küləkli hava iliklərimizə qədər işləyir. "Çox soyuqdur", - deyib əyninə əlavə geyim alanlar da olur.

Lakin onlar elə dayanıb ki, eynən bu dağlar kimi. Duruşları da, baxışları da sərtdi, möhkəmdi. Sanki bu soyuğun heç onlara dəxli yoxdu. Gənc xanım jurnalistlərin arada pıçıltılarını da eşidirəm: "Görəsən, onlar üşümür?"

Söhbət dağların başında məskən salan, biz gecələr isti ocağımızda rahat yataq deyə keşik çəkən əsgərlərdən gedir. "Oğul düşmən çəpəridir" deyib atalar. Biz də o çəpərin düz yanındayıq. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin birində. Naxçıvan Muxtar Respublikasının ictimaiyyət, mədəniyyət, Vətən müharibəsinin iştirakçıları ilə birgə şəxsi heyətin sosial-məişət şəraiti və döyüş hazırlığı ilə tanış olduq. Azərbaycan əsgəri döyüş mövqeyində yerləşən bölmələrdə ayıq-sayıq növbətçilik aparır. Eləcə də hava hücumundan müdafiə bölmələrində. Müşahidələr göstərir ki, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı yüksək səviyyədədir. Onları nə qar, nə boran, nə də soyuq qorxutmur. Axı bu Vətən onlara əmanətdir. Göz bəbəyi necə qorunursa, bax, Vətən də elə qorunmalıdır. Şair Zeynal Vəfa bu yerdə yaxşı deyib:

Demirəm ki, Şahdağına çevrilim,
Zərrə boyda qumun olsam, bəsimdir, Vətən!

Zabit Naib Cəfərov bizi yaradılan şəraitlə tanış edir: "Muxtar respublikada ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsidir ki, yüksək dağ şəraitində yerləşən hissə və bölmələrimizdə də nümunəvi xidmət şəraiti yaradılıb. Dövlətin ordu quruculuğuna ayırdığı diqqət və qayğıdan ruhlanan əsgərlər ilk gündən hərbi biliklərə yiyələnir, öz xidməti vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirirlər. Onlar artıq qalib ordunun əsgərləridir. Bu hiss onları daha da qürurlandırır. Vətənin keşiyində daha əzmlə və məsuliyyətlə dayanmağa sövq edir".

Əslən Qəbələdən olan əsgər Kənan Bilalovla həmsöhbət oluruq. Yaradılan şəraitdən xeyli məmnundur: "Yüksəkliklərdə xidmətin təşkili üçün lazımi şərait yaradılıb. Bundan sonra da əmr və tapşırıqların yerinə yetirilməsinə daim hazır olacaq, Vətənimizin keşiyində ayıq-sayıq dayanacağam".

Əsgər Tofiq İsmayılov döyüş mövqeyində xidmət etməyi ilə qürur duyur: "Torpaqlarımızın işğaldan azad olunması bizdə arxayınlıq yaratmır, bu, əksinə, məsuliyyətimizi birə-beş artırır. Şəhidlərimizin bizə əmanəti olan bu torpaqları qorumaq və gələcək nəsillərə çatdırmaq da bizlərin üzərinə düşən ən ümdə vəzifədir".

Dağların zirvəsini fəth edən qartallar

14 il Əmir Teymur kimi dünya fatehinə baş əyməyən Əlincə qalasının bu gün başı üzərində qartallar uçur. Bu qartalları qalanı ziyarətə gələn hər kəs görə bilir. Yayda istisi, qışda qarı, çovğunu ilə əzəmətli dağların da qartalı bu oğullardır. Vətənin keşiyində ayıq-sayıq və məğrur dayanan oğullar. Bu oğulların şücaətini 44 günlük Vətən müharibəsində hər kəs gördü. Bu, uşaqkən nağıllarda oxuduğumuz, öyrəndiyimiz qəhrəmanlar deyildi. Hələ illərlə bəhs edəcəyimiz, şəninə nəğmələr qoşacağımız, hekayələr, dastanlar yazacağımız qəhrəmanlar. Öz canları bahasına irəli gedən, ölümün gözünə dik baxan oğullar. Müharibə meydanında "Vətən yaxşıdır" mahnısını oxuyan, yüksək döyüş qabiliyyəti nümayiş etdirən və dillərdə dastan olan oğullar.

Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. Əsgəri irəli aparan bu güc idisə, digər tərəfdən də xalqın iradəsi və əzmi idi. Xalq-ordu birliyi qələbənin təmin edilməsində mühüm rol oynadı. Ali Baş Komandanın qətiyyətli mövqeyi müharibəni daha az itki və zəfərlə başa vurmağımıza əsas oldu. Bu gün biz qürur hissi ilə zəfərimizdən bəhs edir, 44 günlük müharibədə igidlərimizin şücaətindən danışır, şəhidlərimiz haqqında yazırıq. Yazırıq ki, gələcək nəsillər də bilsin ki, üzərlərində gəzdikləri torpaq heç də asanlıqla qorunmayıb, asanlıqla azad olunmayıb. Ata-babalarının qəhrəmanlığı və şəhidlərimizin qanı ilə torpaq olub, Vətən olub, müqəddəsləşib, ülviləşib. Bu müqəddəs yolda neçə-neçə igid can verdi, 30 ilə yaxın sürən torpaq həsrətimizə, Qarabağ nisgilimizə son qoydu. Oğullarımızın can verdiyi mənfur düşmənin dağıtdığı, viranə qoyduğu Qarabağa yeni həyat gələcək. Əminik ki, şəhid qanı ilə suvarılan torpaqlar qısa bir zamanda gülüstana çevriləcək.

Zəfər yolumuz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində müsahibəsi zaman Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərildiyini bildirərək deyib: "Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən alınan texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir...

Yəni, Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər".

Vətən oğullarının göstərdiyi fədakarlığın nəticəsidir ki, bu gün biz zəfərimizi qeyd edirik. Naxçıvan Qarnizonu qoşunlarında keçirilən "Zəfər yolumuz" adlı silsilə tədbirlərin davamı olaraq iştirakçısı olduğumuz tədbir də yüksək səviyyədə təşkil olunub.

Müharibə iştirakçılarından bir neçəsi ilə həmsöhbət oluruq. "Bu tədbirdə iştirak etmək bizim üçün qürurvericidir. Çünki bu gün əlində silah Vətənin keşiyində duran əsgərlərlə görüşüb onlarla zəfəri birlikdə qeyd etmək başqa bir hissdir. 44 günlük Vətən müharibəsinin hər anı zəfər dolu tarixdir. Bu tarixlə bağlı xidmət edən əsgərlərlə söhbət aparmaq, o torpaqların hansı çətinliklərlə azad olunmasından bəhs etmək, düşünürəm ki, əsgərlərimiz üçün də maraqlı oldu. Qoy onlar bu tarixi məhz müharibə iştirakçılarından eşidib bir daha qürur duysunlar və bilsinlər ki, Azərbaycan Ordusunda xidmət etmək böyük bir şərəfdir", - zabit Təbriz Zeynalov deyir. Bir gözünü Vətən yolunda qurban verən zabitimiz Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Azərbaycan bayrağı" ordeni, "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Dağıstan Hüseynovla söhbətimizi davam etdiririk. Əslən İmişli rayonundan olan Dağıstan Hüseynov döyüşlərin fəal iştirakçısı olub. Xocavəndin bir neçə kəndinin azad edilməsində və Şuşa istiqamətində gedən döyüşlərdə fəallıq göstərib. Qalib ordunun qalib əsgəri kimi xidmətini davam etməsilə qürur duyur.

Kiçik çavuş Əziz Şükürov: "Düşməndən azad edilən torpaqlar şəhidlərimizin qanı, qazilərimizin canı bahasına alındı. Mən şəhidlərimizin ruhu və onların valideynləri qarşısında baş əyirəm. Biz şəhidlərimizin qisasını aldıq. Mən bu gün üçrəngli bayrağımıza baxanda bir daha qürurlanıram ki, o bayrağı azad etdiyimiz torpaqlara sancdıq".

Yaradılan şəraitlə tanış olduqdan sonra əsgərlərlə birlikdə Qələbə ruhlu mahnıların sədaları altında yemək süfrəsi arxasında əyləşirik.

Yenə evim Azərbaycan olacaq!

Zəfər dolu xoşbəxt anlarımızı fotolarda əbədiləşdirib geriyə - şəhərə yol alırıq. Bəyaz örpəyə bürünən dağların başında dağ kimi vüqarla duran igidlərimizə "Vətən sizə əmanət", - deyib ayrılırıq. Ürəyimiz fərəh hissi ilə döyünür. Axı necə döyünməsin? Vətənin zərrə boyda qumu ola bilmək üçün nələr etmərik, nələrdən keçmişik? Zərrə boyda qumu olmaqdan belə qürur duyan Azərbaycanın əzəmətli dağları kimi dağ vüqarlı oğulları var bu Vətənin. Biz Vətəni bax belə sevərik, həm qoruyarıq, həm gülüstana çevirərik. Kimsənin torpağında gözümüz olmaz. Biz haqqı, ədaləti sevərik. Haqq uğrunda candan keçərik. Canımızı fəda edərik, torpaqdan pay vermərik. Şair nə gözəl deyib:

Tək mən olsam bu dünyanın sahibi,
Yenə evim Azərbaycan olacaq, Azərbaycan olacaq!

Yol boyu gözümün qarşısından o gözəl mənzərə getmir: Zəngəzuru, onun kiçik bir parçasını gördüm. Dayandığım dağların o biri üzündəki uşaqlıq xatirələrimin yaddaşında saxladığı ana yurdum Zəngəzuru...

Ruhiyyə Rəsulova
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu  

"44 günlük Vətən müharibəsinin hər anı zəfər dolu tarixdir" - Naxçıvandan REPORTAJ (FOTOLAR)

2021/11/6cc9f-1637577459.jpg
Oxunub: 564     14:57     26 Noyabr 2021    

Bizi "telegram"da izləyin