Hərbi liseydə təhsil alan yeniyetmələr yüksək diqqət və qayğı ilə əhatə olunurlar - FOTOLAR

2021/11/622f8-4912730859.jpg
Oxunub: 822     17:28     25 Noyabr 2021    
50 ildir hərbçi olmaq arzusu ilə yaşayan yüzlərlə, minlərlə gənci ağuşuna alan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bundan sonra da illər, əsrlər boyu ordumuz üçün savadlı, bacarıqlı və vətənpərvər kadrlar hazırlanacaqdır. Burada gördüklərimiz bunu deməyə əsas verir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğısı nəticəsində Hərbi liseydə də son illərdə yenidənqurma və əsaslı təmir işləri aparılıb. Şahidi oluruq ki, burada oxuyan kursantlar üçün hər cür şərait yaradılıb.

...Hərbi liseydə aparılan yenidənqurma işləri və tədris prosesi haqqında əvvəlki yazıda qeyd etmişdik. Bu dəfə isə 50 illik yubileyini qeyd edən C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alan kursantların rejimə uyğunlaşmaları, sosial-məişət şəraitləri, asudə vaxtları və digər qayğılarından danışacağıq.

...Qeyd etdiyim mövzular haqqında məlumat almaq üçün kursant yataqxanasına daxil oluruq. Yataqxanada sakitlikdir. Növbətçi kursant şəxsi heyətin tədris binasında dərsdə olduğunu bildirir. Tədris kurslarının 1-ci kurs rəisi mayor Seymur Salamovla salamlaşıb yataqxananın otaqları ilə tanış oluruq. Yataqxananın müasir şəraiti, yüksək təminatı könül xoşluğu yaradır. Zabit S.Salamov bildirir ki, liseydə təhsil alan kursantların yaşayış və məişət şəraiti yüksək səviyyədədir. O, yeni tikilən yataqxana binasında kursantların qalması, istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradıldığını, bütün zəruri və müasir avadanlıqlarla təchiz olunan konfrans zalı, ideoloji, məişət və digər otaqların olduğunu vurğulayır. Söhbətinə davam edən zabit kursantların gündəlik fəaliyyətindən danışır. "Hərbi liseyə yeni qəbul olunan kursantların uyğunlaşması üçün iki həftəlik təlim planı tərtib olunur. Bu zaman ərzində şəxsi heyət geyim formaları ilə təmin olunduqdan sonra liseylə ümumi tanışlıq başlayır. Kursantlar liseyin tədris binası, klub, muzey, idman zalları və digər məişət binaları ilə tanış olurlar. Həmçinin onlara günün nizam qaydaları izah edilir, sıra hazırlığının ilkin elementləri öyrədilir. Bu günlər ərzində həm də kursantlara Müdafiə Nazirliyinin rəhbər heyətləri, Hərbi liseyin rəis və rəis müavinləri tanıdılır. Artıq yeni tədris ilinin başlanmasına hazır olan kursantlar "Bilik Günü"ndən bir gün qabaq "Şərəf andı" qəbul edirlər. Bununla da onlar yeni tədris ilinə başlayırlar. Bundan sonra kursantların gündəlik fəaliyyəti lisey rəisinin müəyyən etdiyi günün nizam qaydalarına uyğun olaraq təşkil olunur. Hər gün səhər idmanından və səhər yeməyindən sonra şəxsi heyətin dərsləri başlayır. Dərslərdən əlavə sıra hazırlığı, kütləvi idman tədbirləri də təşkil olunur. Liseydə kursantların asudə vaxtlarında xarici dil, rəqs, xor, rəssamlıq və həmçinin müxtəlif idman növlərindən ibarət dərnəkləri təşkil olunur. İdeoloji otaqlarda şəxsi heyət qəzet və jurnallar oxuyur, televizorda verilişləri izləyir. Kitabxanadan bədii əsərlər əldə edərək dünyagörüşlərini artırırlar".

Mayor S.Salamovla söhbətimizi yekunlaşdırıb kursantların vacib qayğıları sayılan sağlamlıqları, qidalanmaları və fiziki hazırlıq saatlarının necə təşkil olunması barədə də öyrənirəm. Bunun üçün hər sahəyə cavabdeh şəxslə görüşərək suallarıma cavab tapıram.

İlk olaraq tibb məntəqəsinə üz tuturuq. Hərbi liseyin tibb xidməti rəisi, tibb xidməti kapitanı Süleyman İbrahimov bizi tibb məntəqəsi ilə tanış edir. Yeni inşa edilən ikimərtəbəli 32 çarpayılıq tibb məntəqəsində funksional diaqnostika, həkim, oftalmoloji kabinetlər, laboratoriya, sarğı, rentgen otaqları və səyyar rentgen maşını, təxirəsalınmaz yardımın göstərilməsi üçün otaq, xidməti otaqlar, palatalar və müasir yeməkxana vardır. Tibb xidməti kapitanı S.İbrahimov bildirir ki, kursantların bütün təminatları yüksək olduğu kimi səhhətlərinə də ciddi diqqət yetirilir, müasir tibbi avadanlıqlarla təchiz olunan və ixtisaslı həkimlərin çalışdığı məntəqəmizdə şəxsi heyətin müayinəsi və müalicəsi yüksək səviyyədə həyata keçirilir. "Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Burada təhsil alan kursantlarımız da bizim gələcəyimiz, xalqımızın sərvətidir. Onların sağlamlığının keşiyində durmaq bizim şərəfli borcumuzdur.

Kursantlara Hərbi liseyə qədəm qoyduqları gündən məntəqədə bədən baxışı keçirilir, temperaturları ölçülür. Bundan başqa da gündəlik olaraq ambulator müayinə saatları olur ki, səhhətində narahatçılığı olanlar komandirlərinə müraciət edərək tibb məntəqəsinə gətirilir. Məntəqəyə gələn kursanta xəstələrin qəbulu otağında ilkin müayinə aparılır və qeydiyyata alınır. Ehtiyac olduqda ya məntəqədə saxlanılır, ya da ambulator müayinə edilərək bölməsinə göndərilir. Zərurət olduqda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyə olunur. Bizim işimiz bununla da bitmir, əsas vəzifələrimizdən biri də kursantların xəstələnməsinin qabaqcadan qarşısının alınmasıdır. Bunun üçün mütəmadi olaraq qərargah, yataqxana, yeməkxana, tədris sinifləri, idman zalları və digər binalar dezinfeksiya edilir, maarifləndirici və profilaktik işlər aparılır. Şəxsi heyətə infeksion xəstəliklərə qarşı peyvənd də vurulur. Bunlardan əlavə şəxsi heyətlə xəstəliklərdən qorunmağın yolları barədə söhbətlər aparır, şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyini çatdırırıq. Məntəqənin həkimləri tərəfindən yeməklər, içməli sular əvvəlcə yoxlanılır, sonra kursantlara verilir. Komandir heyəti ilə daim qarşılıqlı əlaqədə olur, kursantların xəstələnməməsi, tam sağlam olması üçün əlimizdən gələni əsirgəmirik".

Şahidi oluram ki, müasir tibbi avadanlıqlarla təchiz olunan məntəqə kursantlara yüksək səviyyədə ixtisaslı tibbi yardımın göstərilməsinə zəmin yaradır. Həkimlərə işlərində uğurlar arzulayıb oradan ayrılırıq.

İdman sağlamlığın rəhnidir deyirlər. Kursantların idman saatlarının təşkili haqqında məlumat almaq üçün liseyin fiziki hazırlıq fənni bölməsinin rəisi mayor Rəşad Kazımovla görüşürük. Gəlişimizin məqsədindən xəbər tutan zabit bildirir ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Hazırda bir taqımın fiziki hazırlıq dərsində olduğunu bildirərək bizi ora dəvət edir. Proqrama görə kursantların idman dərsi üzgüçülük hovuzundadır. Mayor R.Kazımov əvvəlcə onu qeyd edir ki, Hərbi liseyə qəbul olunan hər bir kursant hərbi mundirləri ilə bərabər idman dəsti ilə də təmin olunur. Bu dəstə idman geyim forması və ayaqqabı, çanta və digər ləvazimatlar daxildir. Zabitin dediklərinin üzgüçülük hovuzunda şahidi oluruq. Hovuzda üzmək üçün gələn kursantların hər birinin su eynəyi, papağı, geyimi qaydasında idi. Mayor R.Kazımov bundan başqa kursantların idmanla məşğul olması üçün idman şəhərciyinin, trinajor otaqlarının, güləş, boks və digər idman növləri üçün zalların olduğunu bildirir.

"Liseydə həm də idman dərnəkləri fəaliyyət göstərir. Kursantlar öz seçimləri ilə basketbol, güləş, yüngül atletika və digər idman növlərindən təşkil olunan dərnəklərdə iştirak edirlər. Belə dərnəklər kursantların fiziki hazırlıqlarının inkişafında mühüm rol oynayır. Bununla bərabər lisey daxilində kütləvi idman tədbirləri təşkil edilir, birinciliklər keçirilir ki, bu da şəxsi heyətin idmana marağını daha da artırır", - zabit R.Kazımov deyir.

Zabitlə söhbətimizi yekunlaşdırıb yeməkxanaya yollanırıq. Danılmaz faktdır ki, bütün fəaliyyətlərin təməlində sağlam qidalanma durur. Əgər bir insan sağlam və normal qidalanmasa, nə idman edə bilər, nə dərs oxuya bilər, nə də digər hansısa fəaliyyətlə məşğul ola bilər. Əsaslı təmir olunan ikimərtəbəli yeməkxana binasının bütün müasir avadanlıqlarla təchiz olunduğunu görürük. Burada yemək zalı, mətbəx və təsərrüfat otaqları, ərzaq və soyuducu anbarları fəaliyyət göstərir. Kursantlara nahar yeməyi hazırlayan, otuz ilə yaxındır liseydə çalışan təlimatçı aşpaz Xalidə Ramaldanova bildirir ki, bacarıqlı aşpazlarımız menyuya uyğun olaraq milli mətbəximizin gözəl təamlarından hazırlayırlar və bişirilən xörəklərin keyfiyyətinə ciddi nəzarət edirlər. Vətən müharibəsində şəhidlik pilləsinə ucalan polkovnik-leytenant Babək Ramaldanovun anası Xalidə xanım düşüncələrinə sarılaraq kursantların hər birini öz övladı kimi gördüyünü qeyd edir:

- Bu hərbi təhsil ocağında qardaşlarım, torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğlum Babək də təhsil alıb. Kursantları gördükcə öz övladımı, qardaşlarımı görürəm sanki. Burada kursantlara gündə dörd dəfə yemək hazırlanır. Gündəlik menyuya uyğun olaraq südlü sıyıq, şirin çay, pendir, yağ, cem, soyutma yumurta, yumurtada qızardılmız çörək, südlə kofe, qaymaq, kəsmik, peçenyelər, kolbasalar, dolma, küftə, plov və digər xörəklər, həmçinin fəslə uyğun salatlar, meyvə şirələri, balıq yeməkləri təqdim olunur. Onu da qeyd edim ki, hər gün fərqli yeməklər hazırlanır və bir həftə ərzində eyni yemək təkrarlanmır. Bir sözlə, valideynlər tam rahat ola bilərlər ki, övladlarına ana qayğısı ilə yanaşırıq və onlar heç nədən korluq çəkmirlər.

Bilikli, bacarıqlı və dünyagörüşünə malik olan, xalqını və Vətənini sevən hərbçi kadrların hazırlanması işini müvəffəqiyyətlə yerinə yetirən C.Naxçıvanski adına Hərbi Liseyin kollektivinə bu şərəfli işlərində uğurlar arzulayaraq liseydən ayrılırıq.

Mahmud Möhbaliyev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Təhsil  

Hərbi liseydə təhsil alan yeniyetmələr yüksək diqqət və qayğı ilə əhatə olunurlar - FOTOLAR

2021/11/622f8-4912730859.jpg
Oxunub: 823     17:28     25 Noyabr 2021    

Bizi "telegram"da izləyin