ABŞ yeni taktiki nüvə bombaları hazırlamaq niyyətindədir

2020/01/67-1578999167.jpg
Oxunub: 861     11:23     19 Noyabr 2021    
Amerika Birləşmiş Ştatları özünün B-2 "Spirit” strateji bombardmançıları və hazırlanmaqda olan B-21 "Raider”, həmçinin Avropada Amerika və NATO-nun digər qırıcı-bombardmançı təyyarələrini gücləndirmək üçün ən azı 480 yeni B61-12 nüvə bombası istehsal etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Amerika Alimləri Federasiyasının (FAS) məlumatında deyilir.

Qeyd edilir ki, bu nüvə silahlarının əksəriyyəti 2022-ci ildə ABŞ-ın kontinental hissəsində yerləşdirilə bilər.

Yeni aviabombaların Avropadakı aviabazalardakı anbarlara yerləşdirilməsinə 2023-2024-cü illərdə başlanması planlaşdırılır.

Ölkənin nüvə arsenalına cavabdeh olan ABŞ Nüvə Təhlükəsizliyi üzrə Milli Administrasiyasının məlumatına görə, yeni taktiki nüvə bombası olan B61-12-nin hazırlanması artıq başa çatıb və tezliklə onun kütləvi istehsalına başlanılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin