B-21 bombardmançı təyyarəsi 2050-ci illərdə 203 milyard dollara başa gələcək

2021/11/-1x-1-1637224883.jpg
Oxunub: 1187     12:28     19 Noyabr 2021    
ABŞ Hərbi Hava Qüvvələrinin yeni nəsil B-21 bombardmançı proqramı 2050-ci illərdə 203 milyard dollara başa gələcək.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg News” nəşri yazıb.

Məlumata görə, 2019-cu maliyyə ilində qiymətləndirilən ümumi xərcə inkişaf üçün 25,1 milyard dollar, istehsal üçün 64 milyard dollar və 100 bombardmançıdan ibarət təyyarə parkının 30 il saxlanılması və istismarı üçün 114 milyard dollar daxildir.

“Northrop Grumman” şirkətinin Kaliforniyadakı zavodunda hazırda beş ədəd B-21 “Raider” stels texnologiyaya malik bombardmançı təyyarə istehsal edilir. ABŞ Hərbi Hava Qüvvələri 2020-ci illərin ortalarında başlayaraq ən azı 100 ədəd B-21 almağı planlaşdırır. Təyyarələrin istehsal prosesinin nə vaxt başayacağı hələlik məlum deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-21  


Bizi "telegram"da izləyin