Türkiyə donanmasına 10 ədəd AH-1W “Super Kobra” helikopteri təhvil veriləcək

2021/11/76878-1637235339.jpg
Oxunub: 2479     12:00     18 Noyabr 2021    
Türkiyə Quru Qüvvələri Komandanlığının inventarında olan 10 ədəd AH-1W “Super Cobra” tipli hücum helikopteri ölkənin Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri yazıb.

Helikopterlər Quru Qoşunları Komandanlığının ehtiyacları əsasında 90-cı illərdə terrorla mübarizə məqsədilə ABŞ-dan alınıb. 10 helikopterin Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilməsi gələn il baş tutacaq. İlk AH-1W “Super Cobra” hücum helikopterinin 2022-ci ilin may ayında donanmaya təhvil verilməsi planlaşdırılır.

AH-1W “Super Cobra” helikopterləri ABŞ Dəniz Piyadaları tərəfindən istifadə edilən platformalar olduğu üçün dəniz şəraitinə uyğundur.

“Super Cobra” helikopterlərinin qısa müddətdə istifadəyə verilməsi planlaşdırılan “TCG Anadolu” gəmisində yerləşdirilməsi nəzərdə tutulur. Bununla Türkiyə Hərbi Dəniz Qüvvələri ilk dəfə inventarına hücum helikopteri əlavə edəcək.

Bundan əlavə, Türkiyə Dəniz Qüvvələri Komandanlığı TUSAŞ tərəfindən həyata keçirilən T-929 ağır sinif hücum helikopteri (ATAK-II) layihəsində iştirak etməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Helikopter  


Türkiyə donanmasına 10 ədəd AH-1W “Super Kobra” helikopteri təhvil veriləcək

2021/11/76878-1637235339.jpg
Oxunub: 2480     12:00     18 Noyabr 2021    
Türkiyə Quru Qüvvələri Komandanlığının inventarında olan 10 ədəd AH-1W “Super Cobra” tipli hücum helikopteri ölkənin Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri yazıb.

Helikopterlər Quru Qoşunları Komandanlığının ehtiyacları əsasında 90-cı illərdə terrorla mübarizə məqsədilə ABŞ-dan alınıb. 10 helikopterin Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilməsi gələn il baş tutacaq. İlk AH-1W “Super Cobra” hücum helikopterinin 2022-ci ilin may ayında donanmaya təhvil verilməsi planlaşdırılır.

AH-1W “Super Cobra” helikopterləri ABŞ Dəniz Piyadaları tərəfindən istifadə edilən platformalar olduğu üçün dəniz şəraitinə uyğundur.

“Super Cobra” helikopterlərinin qısa müddətdə istifadəyə verilməsi planlaşdırılan “TCG Anadolu” gəmisində yerləşdirilməsi nəzərdə tutulur. Bununla Türkiyə Hərbi Dəniz Qüvvələri ilk dəfə inventarına hücum helikopteri əlavə edəcək.

Bundan əlavə, Türkiyə Dəniz Qüvvələri Komandanlığı TUSAŞ tərəfindən həyata keçirilən T-929 ağır sinif hücum helikopteri (ATAK-II) layihəsində iştirak etməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Helikopter  


Bizi "telegram"da izləyin