“Vazgen Sarkisyan adına Hərbi İnstitutundakı məlum cinayət işi hələ də davam edir” - Sakunts

2021/11/arthu-1636798801.jpg
Oxunub: 793     11:45     15 Noyabr 2021    
Noyabrın 8-də İrəvanda “Hayastan” blokunun təşkil etdiyi mitinqdə Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib ki, Ermənistanın hazırkı hakimiyyəti ordunu məhv edib, 44 günlük müharibə zamanə nizami ordunu dəstələrə çevirib.

Ordu.az xəbər verir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts belə bir mitinqdə ayaq üstə siyasi məqsədəuyğunluqdan çıxış edərək verilən bəyanatın tamamilə başqa alt mətni ehtiva etdiyini və başqa məqsədlə verildiyini bildirib.

Onun sözlərinə görə, bunlar məntiqsiz bəyanatlardır.

“Vazgen Sarkisyan adına Hərbi İnstitutundakı məlum cinayət işini xatırlayırsınız? İndiyə qədər davam edir və bu qurumun hansı keyfiyyətdə, xarakterdə təhsil verdiyini hamımız da bilirik, xüsusən də Silahlı Qüvvələrin hərbi qulluqçuları bilirlər”, - deyə Sakunts qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət   Sakunts  


Bizi "telegram"da izləyin