Bu, Ceyhun Bayramovla Mirzoyanın ikinci görüşüdür. Birincisi, məlum olduğu kimi, Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində baş tutub. Bundan sonra Rusiyanın xarici işlər naziri Lavrov üç regional həmsədrin səfərinin razılaşdırıldığını açıqlayıb. Lakin ay yarım sonra həmsədrlərin və xarici işlər nazirlərinin iştirakı ilə “regiondan kənarda” yeni görüş baş tutub ki, bu da həmsədrlərin səfəri zamanı hər şeyin razılaşdırılmadığını və ya yeni məsələlər, ardınca yeni fikir ayrılıqlarının yarandığını göstərir. Bununla bağlı Paris görüşünün məzmunu və prosesi hələ də bəlli deyil, təfərrüatlar yoxdur. Eyni zamanda, Fransa xarici işlər nazirinin Parisdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlərindən sonra Rusiyanın xarici işlər naziri Lavrov və müdafiə naziri Şoyqu ilə görüşməsi də diqqət çəkir.
Liviya üzrə konfrans çərçivəsində Fransa, Rusiya xarici işlər və müdafiə nazirlərinin ümumi yığıncağı olacaq, iclasda Qarabağ məsələsi və ATƏT-in Minsk qrupu çərçivəsində iki ölkənin işi müzakirə olunacaq. Maraqlıdır ki, Paris görüşləri Moskvanın təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü və ya videokonfransla bağlı aktiv informasiya dövriyyəsi fonunda keçirilir.
Sevinc Əliyeva
Ordu.az